Müşfiq Ələsgərli: “JuHİ-nin cavab tədbirləri sərt olacaq” - XƏBƏRDARLIQ
“Faktları təsnifatlaşdırıb, bizə göndərin”
Jurnalist Famil Fərhadoğlu peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Təhqir olunub, əmək alətləri sındırılıb.
Versus.az-ın məlumatına görə, Famil Fərhadoğlu insidenti törədənlərin Səhiyyə Nazirliyinin əməkdaşları olduqlarını bildirib.
Bir müddət öncə isə Modern.az saytının əməkdaşı AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tərəfindən təhqir edilib. "Akademik" təkcə Modern.az-ın əməkdaşını təhqir etməmişdi, həm də bütövlükdə Azərbaycan jurnalistlərinin ünvanına layiqsiz ifadələr işlətmişdi.
Məsələylə bağlı sosial mediada yazan jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bir nəfər jurnalistimizin də işinin məhkəmədə olduğunu vurğulayıb. Həmin jurnalist müdafiəsinə yardım göstərmək üçün Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) müraciət edib:
“Araşdırdıq, yardım etməyə çalışdıq. Proses yekunlaşmaq üzrədir, iddiaçı öz ərizəsini geri götürüb, barışıq da olub. Amma "bəzi kənar məmurlar" əl çəkmirlər, jurnalistlə aralarında olan köhnə "hesabı çürütmək" üçün məhkəmə prosesinin yenidən aktivləşdirilməsini təkid edirlər. Jurnalistin adını ona görə çəkmirəm ki, həmkarımız məsələnin ictimailəşdirilməsini istəmir. Deyir ki, "ölkədə prezident seçkisi keçirilir, insanlar dövlətimizin sabitliyi, inkişafı naminə layiqli namizədin seçilməsi üzərində fokuslanıb, istəmirəm kimlərsə mənim problemimdən istifadə edib, ölkədə azad sözə basqı olduğunu iddia etsin, aranı qarışdırsın".”
Müşfiq Ələsgərli bildirib ki, məsələnin kökü də elə budur:
“"Əziz məmurlar"! Azərbaycan jurnalistləri Dövlətimiz, Millətimiz, Gələcəyimiz adına çalışrılar; Prezident İlham Əliyevin bu yöndə fəaliyyətinə dəstək olmaq istəyirlər; bütün bunları göz önünə alıb bəzən sizlərin anlamazlığınızı gözardı edirlər. Sakit davranırlar ki, bəlkə səhflərinizi anlayasız, bir gün peşiman olasız. Amma görünən budur ki, sakit davranmağımız sizlərdə fərqli assosasiya yaradır”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, belə davam edərsə, JuHİ-nin cavab tədbirləri çox sərt olacaq. JuHİ sədri qeyd edib ki, həmin “məmurlar” adına görəv daşıdıqları DÖVLƏTİ bir az da özləri düşünməlidirlər.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) media ilə bağlı insidentlərin monitorinqini apardığını vurğulayan Müşfiq Ələsgərli jurnalist həmkarlarına müraciət edib:
“Hadisələr barədə təfsilatlı bilgilərimizin olması üçün rastlaşdığınız məsələlərlə bağlı faktları təsnifatlaşdırıb, bizə göndərin”.
ARZU
Versus.Az
Xəbər lenti
Biləcəridə yağan yağış evləri su altında qaldı
Sakinlərin əksəriyyəti evlərini bağlayıb gediblər