Bakı ilə yanaşı bölgələrdə də mənzillərin qiyməti bahalaşıb.
Xezexeber.az-ın məlumatına görə, Mingəçevirin əsasən mərkəz hissəsində satışa çıxarılan mənzillərin qiymətində artım müşahidə edilir.
Şəhərdə rieltor xidməti ilə məşğul olanların sözlərinə görə, ötən illə müqayisədə bina evləri altı-səkkiz min manat bahalaşıb. Onlar artıma səbəb kimi, Mingəçevirdə tikintinin az olmasını göstərirlər.
Mingəçevirdə bina evləri ilə yanaşı həyət evlərinin də qiymətində artım olduğu bildirilir.
Gəncədə də mənzillərin qiyməti artıb.
Son iki ildə bina evləri 10 -15 min manat bahalaşıb. Ev alqı-satqısı ilə məşğul olanlar bildirib ki, şəhərdə həyət evlərinə daha çox maraq artıb. O da, qiymətə təsirsiz ötüşməyib.
Qeyd edilib ki, evlərin qiymətinin bahalaşmasından sonra satışda nisbətən durğunluq yaşanır.
Ətraflı süjetdə: