20 yaşlı futbolçu davada öldürülüb

10:49 03-11-2019 | icon 425 | İdman
20 yaşlı futbolçu davada öldürülüb

Yamaykanın qadınlardan ibarət futbol yığmasının üzvü Taraniya Klark paytaxt Kinqstonda baş vermiş davada öldürülüb. Bu barədə “The New York Times” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, 20 yaşlı Klark mobil telefon üstdə başqa bir qadınla baş verən qarşıdurmada bıçaqlanıb. Futbolçunu xəstəxanaya çatdırsalar da, onu həyata qaytarmaq mümkün olmayıb.

 

Qeyd olunur ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

 

Klark Yamayka yığmasının tərkibində üç oyun keçirib. Bu oyunlarda iki qol vurmağa nail olub. O, həmçinin kapitanı olduğu “Uoterhaus” klubunda da çıxış edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ