Bu saytlar məhkəməyə veriləcək

16:39 11-06-2018 | icon 706 | Siyasət
Bu saytlar məhkəməyə veriləcək

Demokrat Partiyasının lideri, keçmiş prezidentliyə namizəd Sərdar Cəlaloğlu eyni vaxtda 6 saytı - big.az, olke.az, oxu.az, report.az, qaynar.info və modern.az saytlarını məhkəməyə verir.

 

Versus.Az-ın məlumatına görə, səbəb onun barəsində bədnam və təhqiredici materialların dərc edilməsidir.

 

"Saytlar məni təhqir edir, elmi fəaliyyətimi şübhə altına qoyur. Onlar yazırlar ki, guya Londonda villam var, məni xaricdən maliyyələşdirirlər, oğlum isə orduda xidmət etməkdən yayınır. Məhkəməyə müraciət edəcəyəm və nəşrlərin müəlliflərinin öz iddialarını sübut etməsini tələb edəcəyəm" - deyə Cəlaloğlu bildirib.

 

ADP sədrinin sözlərinə görə, onun nüfuzdan salınması kampaniyası qohumlarının 2016-cı il aprel döyüşlərində həlak olan qardaşı oğlu üçün ev tikməsindən sonra başlayıb:

 

"Qardaşım oğlunun dul qadını, 3 və 5 yaşlarında qızlarının yaşaması üçün Bakının Ramanı qəsəbəsində 2 sot torpaq sahəsində balaca bir ev tikmişik. Evin həyətində hasarı 2-3 daş yuxarı qaldırdıq ki, həyət görünməsin. SOCAR-ın işçiləri gəlib divarları uçurub. Biz də SOCAR-ın prezidentinə müraciət etdik ki, bu şəhid ailəsidir, prezidentin, birinci vitse-prezidentin şəhid ailələrinə böyük qayğısı var. Bunların villalalrı yoxdur ki, kiçik bir evdir, niyə uçurursunuz, uşqaları qorxudursunuz? SOCAR-dan mənə deyirlər, hansısa idarəyə gedib icazə alınmalıdır. Bura SOCAR-ın ərazisidir".

 

Sərdar Cəlaloğlu adlarını sadaladığı saytalarda təhqir edilməsini Prezident Adminstrasiyasının media ilə bağlı müvafiq şöbəsi və SOCAR tərəfindən təşkil edildiyini iddia edir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ