“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

15:13 04-08-2020 | icon 2142 | Sağlamlıq
“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

Nərminə Abbasova: “Əsas diqqət orqanizmin immun modulyasiyasına yönəldilir”

 

Ötən sayımızda Toksaplazmozun sadə birhüceyrəli mikroorqanizm olan toxoplazma tərəfindən törədilən infeksion xəstəlik olmasından, tibbdə bir neçə klinik formasından yazmışdıq.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Versus.Az-a bu dəfə TOKSOPLAZMOZ VƏ HAMİLƏLİKdən bəhs edəcək.

Nərminə Abbasova bildirib ki, toksaplozmoz yoluxmuş insanlarda yüngül narahatlıqla və ya simptomsuz keçsə də, hamilə qadınlar üçün böyük fəlakətə çevrilə bilər. Onun sözlərinə görə, bu o zaman baş verir ki, qadın hamiləlik zamanı yoluxur:

 

“Bu cür yoluxmalar ilə 1% qadınlar xəstələnir, dölə verilmə riski isə 20%-dir . Lakin bu riski gözardı etmək olmaz. Əgər qadın toksoplazmozla hamiləlikdən ən az 6 ay əvvəl yoluxubsa, bu halda gələcək uşağı bu təhlükə qorxutmur. Əgər qadın hamiləlik zamanı toksoplazma ilə yoluxub və bu səbəbdən körpəni itiribsə, o, yarım ildən sonra yenidən hamilə qala bilər, bu zaman onu eyni təhlükə gözləmir. Çünki əmələ gələn antitellər dölü mühafizə edir. Hamiləlik dövründə toksoplazma ilə yoluxma zamanı dölün zədələnmə dərəcəsi və riski hamiləliyin müddətindən asılıdır. I trimestrdə yoluxma zamanı dölün zədələnməsi riski 15% , II trimestrdə 25% , III trimestrdə 70% təşkil edir. Eyni zamanda zədələnmənin ağrlığı hamiləliyin ilk dövrlərində yoluxduqda daha çoxdur, çunki gec dövrlərdə dölün öz immun sistemi fəaliyyət göstərməyə başlayır”.

 

Həkim deyir ki, əgər hamiləlik süni dayandırılmazsa, körpənin ölü doğulması və ya mərkəzi sinir sisteminin, gözlərin, dalaq və qaraciyərin ağır zədələnmələri ilə nəticələnir. Əgər hamiləliyin əvvəllərində bu diaqnoz qoyulursa, qadın qospitalizasiya edilir və müalicəyə başlanır:

 

 

“Müalicə dölün anadangəlmə toksoplazmozlu doğulması riskini 50-60% düşürür. Bu rəqəm ilk baxışda ümidverici görünsə də, ağır zədələnmədən qaçmaq 50% hallarda da mümkün olmur. Əslində hamiləlik zamanı yoluxma baş verirsə dölün sağlam doğulma riski 0% dir. Hətta doğuş normal keçsə belə, görmə qabiliyyətinin saxlanması və baş beynin sağlam olması üçün ehtimal azdır. Buna gorə də hamiləlik zamanı toksaplazmozla yoluxma qadının razilığı əsasında hamiləliyin süni dayandirilmasına göstərişdir. Lakin bu qərar verilmədən öncə ətraflı müayinə lazımdır”.


N.Abbasovanın sözlərinə görə, anadangəlmə toksoplazma usaqlar ilk baxişdan normal görünsələr də, sonralar gormədə pozulmalar, korluk, əqli inkişafin geriləməsi, nitq qusuru, boy inkisafi ləngiməsi meydana çıxır:

 

“Əgər dölün immun sistemi kifayət qədər adekvat cavab bilməsə, bu zaman kəskin septik toksaplazmozlar meydana çıxır. Bu da yenidoğulmuşlarda səpkilər, yüksək hərarət, qaraciyərin zədələnməsi, ensefalit, gözlərin zədələnməsi ilə özünü göstərir. Xəstəlik prosesi kəskinləşərək körpənin həyatının ilk həftələrində ölümə gətirib çixara bilir və ya xronikləşə bilər. Motor funksiyasının pozulmasi iflic, epilepsiya tutmalari, gözlərdə xoriretinit, mikroftalamiya və ya goz almasının ümumiyyətlə olmaması ola bilər. Təbii ki, hər görmə patologiyasi və mərkəzi sinir sisteminin zədələnməsinin səbəbi toksoplazma deyil.
Belə hallardan qaçmaq üçün toksaplazmoza görə analiz hamiləlikdən əvvəl verilməlidir. Əgər qadında toksoplmazmaya qarşı antitellər varsa, bu, gələcək hamiləlikdə döl üçün təhlükə yaratmır və ya ola bilər ki, yoluxma yaxın keçmişdə baş verib, bu halda qadın yarım il sonra rahatlıqla hamiləlik planlaşdıra bilər. Əgər antitellər aşkar olunmazsa, bu o deməkdir ki, qadın əvvəl toksoplazma ilə yoluxmayib. Bu zaman diqqətli olmaq lazımdır ki, hamiləlik müddətində yoluxma baş verməsin.
Yoluxma əsas çiy ətdən və pişiklərlə kontakdan baş verə bilər. Buna görə daha öncə də dediyim kimi, bu risklərdən qaçmaq, meyvə-tərəvəzi təmiz yumaq lazımdır”.

 


Həkim-terapevt bildirib ki, anadangəlmə toksoplazmoz hamiləlik zamanı anadan uşağa keçən ciddi xəstəlikdir. Onun sözlərinə görə, hamiləliyin III trimestrində yoluxma baş verdikdə körpədə ağır zədələnmə baş vermir, çünki dölün artıq öz immun sistemi olur və onu ağır dəyişikliklərdən qoruyur. Ən qorxulu zədələnmə isə ilk trimestrdə baş verən yoluxma zamanı olur. Bu hal spontan aborta (uşaqsalma ilə) nəticələnir. Əgər uşaqsalma olmasa (bu çox nadir halda baş verir), o zaman döldə kobud patologiyalar yaranır.

 

Nərminə xanım deyir ki, toksoplazmadan tamamilə azad olmaq mümkun deyil, parazitə qarsi əmələ gəlmiş antitellər isə ömür boyu saxlanır:

 

 

“Tam müalicə olunmanın yeganə yolu yoluxmanın ilk günlərində mümkündür. Bu müddətdən sonra isə sista əmələ gəlir, hansi ki dərman preparatlarina qarşı davamlıdır. Buna görə də toksoolazmaya qarşı antitellər təyin olunan xəstəyə mualicə təyin olunmur. Başqa arqument bundan ibarətdir ki, kəskin toksaplazmozun mualicəsində antibiotiklər və ximioterapevtik preparatlar istifadə olunur ki, bu da immun sisteminin zəifləməsinə və sonralar toksaplazmozun yenidən kəskinləsməsinə səbəb olur. Toksaplazmozun mualicəsində məqsəd virusu orqanizmdən birdəfəlik xaric etmək deyil, daxili orqanların ağır zədələnmələrinin qarşısını almaqdır. Müalicə mərkəzi sinir sisteminin, ürək, ağciyər, digər həyati vacib orqanların zədələnməsi, tez-tez uşaqsalma, sonsuzluq və gözlərin zədələnməsi zamanı tətbiq edilir”.

 

 

N.Abbasova bildirib ki, kəskin toksoplazmoz hazırda müalicə edilir. Xroniki toksoplazmozun müalicəsi isə çətindir. Həkimin sözlərinə görə, ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil. Əsas diqqət orqanizmin immun modulyasiyasına yönəldilir.

 

 

 

DİQQƏT!

 

Əgər Toksaplazmoz narahatlığınız varsa, müalicə olunmaq üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK