“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

21:15 04-08-2020 | icon 2914 | Sağlamlıq
“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

Rəna Bayramova: “Məni usaq+çəki, böyük+çəki maraqlandırır”

 

“Pediatriya uşaq xəstəlikləri, uşaq orqanizminin anatomiyası və fiziologiyasını öyrənir, profilaktika və müalicə üsullarını işləyib hazırlayır. Nəticədə uşaq həkimi pediatriyanın uğurlarını təcrübədə istifadə edir”.


Bunu Versus.Az-ın əməkdaşı ilə söhbətdə professor Dietoloq Aleksey Kovalkovun tələbəsi, Russia/Misir Dietoloq və Nutrisioloq Birliyinin üzvü, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının Pediatr Kliniki dietoloqu Dr.RƏNA BAYRAMOVA bildirib.

 

Öncə məlumat üçün deyək ki, Rəna xanım 2000-ci ildə AMU pediatriya fakultəsini bitirib. Misirdə işləyib. Fələstində 15 il umumi həkim, ailəvi həkim və 4 il Dietoloq kimi çalışıb. Hazırda Azərbaycanda 1 ildir Kliniki Dietoloq kimi fəaliyət göstərir. Dediyinə görə, pediatr və dietoloq kimi fəaliyyətdə biri digərinə maneə olmur. Bunu onunla əlaqələndirir ki, kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır. Həkim onu da vurğulayıb ki, diabetli usaq pasientləri çox olur. Yəni həkim sadəcə ümumi pediatr kimi xəstə qəbul etmir. Onu usaq+çəki, böyük+çəki maraqlandırır. Hansı yaşda olmasına baxmayaraq hər bir pasienti müayinədən keçirir, diaqnoz qoyur, müalicə edir.

 

 

Bu gün Rəna xanımla hələlik sırf uşaqlarla bağlı danışdıq.

 

Rəna xanım deyir ki, müasir uşaq tibbi özündə ümumi tibbə xarakterik olan bir çox istiqamətləri birləşdirir: terapiya, cərrahiyyə, kardiologiya, hemotologiya, onkologiya və s. Onun sözlərinə görə, pediatr terapiyaya cavabdehdir:

 

“Pediatr xəstələnmiş uşaqları müayinə edir, diaqnoz qoyur, müalicə təyin edir və resept yazır. Sonra isə nəticələri qiymətləndirir: yenidən müayinə edir, xəstə və valideynlər ilə danışır. Lakin pediatrın qəbuluna getmək sağlam olsa belə hər bir balaca uşağın həyatının vacib hissəsidir. Pediatr - ümumiyyətlə hər bir şəxsin həyatında ilk həkimdir, çünki xəstəliklərin qarşısını xüsusilə uşaqlıqda almaq çox vacibdir. Amma əgər artıq bu baş veribsə, ilk əlamətlərini vaxtında aşkarlamaq lazımdır. Körpə öz sağlamlığı haqqında danışa bilməz, lakin professional həkimə bu maneə ola bilməz”.

 


Həkim deyir ki, körpənin sağlamlığı ona düzgün və ya səhv qulluqdan, həmçinin həkimin gənc anaya verdiyi tövsiyyələr və ciddi xəstəliklərin vaxtında aşkar edəbilmə qabiliyyətindən asılıdır:


“Bundan əlavə, pediatr uşağın inkişaf prosesinə nəzarət edir. Uşaqda hər hansı bir geriləmə olduğu halda, valideynlərin diqqətini bu problemin həllinə yönəldir”.

 

Rəna xanım bildirdi ki, analar tərəfindən ən çox verilən suall körpələrdə qusma problemi ilə bağlı olur. Pediatrın sözlərinə görə, körpələrdə qusmaya əsasən 2 formada rast gəlinə bilər – fizioloji, pataloji reflyu:

 

 

“Fizioloji reflyu mədə ilə qida borusu arasında qapağın tam bağlanmaması səbəbindən qidanın geriyə qayıtması nəticəsində yaranır. Xüsusiyyətləri belədir ki, heç bir müalicə tələb etməz, çəki azlığı yaratmaz, hər qidadan sonra ağız kənarından 1-2 xörək qaşığı miqdarında axıntı şəklində özünü göstərər. Əsasən uşağın çox yedirilməsindən sonra müşahidə edilər. 4-12 ayda maksimum 24 ayda öz-özünə keçmiş olar.

Patoloji reflyunun xüsusiyyətləri demək olar ki, hər qidadan sonra fontanşəkilli qusma baş verir, çəki azlığı müşahidə edilir, səbəbə görə müalicə tələb edir. Patoloji Reflyunun səbəbləri pilorestenoz (anatomik qüsurdur cərrahi müalicə tələb edir), allergiya, bağırsaq xəstəlikləri, sidik yolu infeksiyaları, sinir sistemi xəstəlikləri və sair ola bilər. Bu səbəbləri araşdırmaq üçün mütləq mütəxəssis yardımı tələb edilir”.

 

Rəna xanım deyir ki, uşaqlarda fizioloji reflyunu azaltmağın müəyyən yolları var. Məsələn, körpənin yatağı bir qədər hündür olmalıdır, hər qidadan sonra 15-20 dəqiqə 20-30 dərəcə bucaq altında saxlanılmalıdır, körpə yerinə qoyularkən bir qədər yan tərəf üstə qoyulmalıdır, ana sudü ilə qidalanırsa qida rasionuna nəzarət edilməlidir (ədvalı, istiotlu qidalar fizioloji reflyunu artıra bilər), süni qida ilə qidalanırsa antireflyuks qarışım təyin edilməlidir. Həkim onu da vurğuladı ki, patoloji reflyu tez-tez təkrarlayan bronxitlərə orta qulaq iltihabına səbəb ola bilər. Bu baxımdan uşaqda belə şikayətlər olarsa, vaxtında pediatra müraciət etmək vacibdir.

 

Pediatr qeyd edib ki, analar tərəfindən həkimə daha çox verilən suallardan biri də uşağın burnunun tutulub nəfəs ala bilməməsi ilə bağlıdır:

 

“Demək olar ki, hər ananın rastlaşdığı vəziyyətdir bu. Hətta bir çox hallarda bu uşaqlar səhvən bronxit pnevmoniya adı altında aylarla yalnış müayinə və müalicələrə məruz qalmış olur. Halbu kı bu çox ciddi problem deyil və keçməsi zamana bağlıdır. Əsasən 7-8 aya kimi müşahidə edilir.
Körpələrdə burun yollarının qısa və dar olması eyni zamanda incə və elastik olması, uşağı əhatə edən ətraf mühitdən gələn hava, toz hissəciklərinin, mikrobların, bakteriyaların məhz burun tərəfindən tutulması bu problemi daha da artırmış olur. Nəticədə nəfəsalma aktı zamanı xorultu səsı kımı burun fısıltısı səsi müşahidə olunur. Təcrübəsiz analar (elə təcrubəsi olanlar da) panik olaraq “körpəm xəstələnib, qrip olub” kımı fikirlər düşünür və internetdə bununla bağlı statuslar açılır yerli-yersiz kimyəvi dərmanlar istifadə edilir ki, bu da uşaqda yaxın gələcəkdə çox ciddi fəsadlara yol açmış olur. Halbukı normal pediatr bunun səbəbini çox sadə olaraq anaya izah edərək ananı bu şübhələrdən qurtara bilər”.

 

 

DİQQƏT!

 

Müalicə olunmaq üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkimi, Kliniki Dietoloq Rəna Bayramovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95


MOB: (055) 254-05-03

WhatsApp: +970-569-020-120

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu