Komitə sədri Ramil Səfərovla görüşdü

13:18 27-08-2020 | icon 943 | Mədəniyyət
Komitə sədri Ramil Səfərovla görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.

 

Versus.Az xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə, Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə də təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb.

 

Zabitimizin gələnilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən, Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib:

 

"Bu inamı bizə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik".

 

Komitə sədri Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyyətində daha da böyük uğurlar diləyib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ