Mədəniyyət sahəsi işçilərinin təkliflərinin həlli ilə bağlı müvafiq qurumlara MÜRACİƏT EDİLDİ

13:42 31-08-2020 | icon 479 | Mədəniyyət
Mədəniyyət sahəsi işçilərinin təkliflərinin həlli ilə bağlı müvafiq qurumlara MÜRACİƏT EDİLDİ

Qənirə Paşayeva 1 həftədə 250-yə yaxın vətəndaşla onlayn görüşüb

 
 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 200-dən çox vətəndaşımızı qəbul edib və onlayn qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

 
 
Versus.Az xəbər verir ki, eyni zamanda millət vəkilinin köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib.
 
 
Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub. Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayının ciddi narahatlıq doğuracaq dərəcədə artması nəticəsində məlum olub ki, cəmiyyətdə problem hələ də geniş vüsət alır.
 
 
Məsələdən ciddi narahatlıq yaşayan millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib. Vətəndaşlarla müzakirələr zamanı Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.
 
 
Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.
 
 
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda son 1 həftədə 50-ə yaxın mədəniyyət sahəsi işçilərini onların müraciətləri əsasında tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət sahəsi işçilərinin qaldırdığı problemlər, təkliflər əsasında Qənirə Paşayeva bir sıra qurumlara rəsmi müraciətlər göndərib və onların rəhbərləri ilə həmin məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
 
PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu