DİM-dən abituriyentlərə MÜRACİƏT

15:17 01-06-2021 | icon 635 | Təhsil
DİM-dən abituriyentlərə MÜRACİƏT

Elektron ərizənin təsdiqini ləğv etmək üçün DİM-ə gəlməyə ehtiyac yoxdur. Təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər

https://eservices.dim.gov.az/erizebak/erize/

səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edirlər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini basmaq lazımdır.

 

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız bir dəfə istifadə etmək mümkündür.

 

Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

 

Qeyd edək ki, abituriyentlər mayın 27-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

 

Qeyd edək ki, elektron ərizələrin qəbulu 8 iyun saat 23:59-dək davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ