Dövlət və özəl uşaq bağçalarının SAYI
“Təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsi vacibdir. Azərbaycanda məktəbəqədər təhsillə bağlı ciddi uğurlar əldə edilib”.
Versus.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Nazir məktəbəqədər təhsillə bağlı qarşıda duran əsas məsələlərdən danışıb:
“İlk növbədə uşaqlar düzgün tərbiyə edilməli, qayğı göstərilmədir. Ölkə üzrə hazırda 1825 məktəbəqədər təhsil müəssisəsi (uşaq bağçası) fəaliyyət göstərir. Onlardan 1692-si dövlət müəssisəsidir. Orada 126 509 uşaq təhsil alır”.
O qeyd edib ki, ölkədə 133 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"