Müəllimlərin işə qəbulununa da regional təhsil idarələri baxacaq
“Gələcəkdə bir sıra səlahiyyətlərin regional təhsil idarələrinə verilməsi nəzərdə tutulur”.
Versus.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
“Onlar bu funksiyaları düzgün yerinə yetirməyə hazır olduqda, məsələn müəllimlərin işə qəbulunun və digər vəzifələrin həyata keçirilməsinin yerlərə verilməsini həyata keçirəcəyik”, - deyə nazir qeyd edib.
O qeyd edib ki, regional təhsil idarələrinin yaradılması uzunmüddətli dövrdə qeyri-mərkəzləşdirməni həyata keçirməyə imkan verəcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"