Pələng ilindən nə gözləyək?

21:37 31-12-2021 | icon 910 | Gündəm
Pələng ilindən nə gözləyək?

Yaxşı sürprizlərə hazır olmaq lazımdır

 

Vəhşi heyvan olsa da, qəzəbli deyil. Aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır. Olduqca enerjili və dinamikdir. 2022-ci il enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Yaxşı sürprizlərə hazır olmaq lazımdır. 
 


Qədim şərq təqviminə görə, 2022-ci il pələng ilidir. Özü də bu pələng elə-belə pələng deyil, mavi su pələngidir. Onun özünün xüsusiyyətləri var. Öküz ili hərənin yaddaşında bir cür qaldı, yaxşısı, pisi ilə xatirəyə çevrildi, tarixə qovuşdu. Pələngsə öküz deyil! Nəcib və əsilzadə heyvandır. Hər halda, daha yaxşı olacaq. İlin devizi “məqsəd, zəhmət, nəticə, istirahət”dir. Təşəbbüs göstərən, qarşısına məqsəd qoyan, zirvələri fəth etmək istəyən və bundan ötrü əlləşib-vuruşan hər kəs nəticə görəcək. Bunu bizə Şərq  astronomları vəd edir. Su pələngi çox səxavətli, nəcabətli və düşüncəlidir. O, eyni zamanda  böyük energetika ilə inadkar, israrlı və zəhmətkeş adamları dəyərləndirir.

 

Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.

 
 

Pələngin xarakteristikası

2022-ci ildə dəyişikliklər etmək üçün əsl vaxtdır. Mənzili, iş yerini, hətta  peşənizi belə dəyişmək üçün ideal zamandır. Şərq alimləri deyir ki, ilin bütün özəlliklərini öyrənib, ona uyğun hərəkət etmək lazımdır ki, xeyir də görəsən. Bundan başqa, pələng inadkar və həm də tərs heyvandır. Ona görə də, həmişə ayıq-sayıq olmaq lazımdır. O, hər şeylə maraqlanır və demək olar ki, heç nədən qorxmur. Amma bir şey də var ki, bu il su pələngi ilidir. Ona görə də su onun aqressiyasını, sərtliyini bir qədər neytrallaşdırır. Su təbiətdə həm həyat mənbəyi, həm də coşqun dalğa kimi özünü göstərə bilər. Yəni həm həyat verə, həm də məhv edə bilər. Buna görə də, onun xarakterini bilib uyğunlaşmaq daha yaxşı olar.
 

 

Pələngdən nə gözləyək?

Pələng vəhşi heyvan olsa da, əslində, qəzəbli deyil. O, aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır, hərəkətdədir. Olduqca enerjili və dinamikdir. Düşünürəm ki, 2022-ci il də buna görə enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Bütün sürprizlərə – yaxşı sürprizlərə hazır olmaq lazımdır.  Yaradıcı insanların və siyasətçilərin bu il uğuru daha qabarıq olmalıdır. Amma o biri peşə sahiblərini də, yuxarıda qeyd etdiyim kimi, dəyişikliklər gözləyir. Əsas odur ki, insanlar hansı peşə ilə məşğul olurlar-olsunlar, tənbəl olmasınlar. Pələnglə yarışa çıxsınlar. Onun kimi dinamik, işgüzar olsunlar, yeniliyə meyilli olsunlar. Mütləq, hər şey yaxşı olacaq. Əsas odur ki, məqsədiniz olsun və bu məqsəd uğrunda sağlam savaşmağı, geri çəkilməməyi, qılıncı yerə qoymamağı bacarasınız.
 

 

Pələngin rəngləri

Sarı, göy, yaşıl rənglər bu ilin rəngləridir. Bəs bu il nə geyinsək yaxşıdır? Yəqin ki, ağlınıza ilk gələn pələng dərisi kimi naxışları olan parçadan geyimlər oldu. Səhv edirsiniz! Elə bilməyin ki, pələng sizi belə görüb özününkü biləcək, sevinəcək. Əksinə, bu cür maskarad onun qətiyyən ürəyincə olmayacaq. Şərq alimləri deyir ki, yaxşı olar ki, neytral rənglər seçəsiniz. Məsələn, torpaq rəngi, qızılı rəng, yaşıl rəngin müxtəlif çalarları, bej rəngli paltarlar geyinəsiniz. Əgər qarderobunuzda bu rənglərdə heç nə yoxdursa, mütləq alış-verişə çıxın. Özünüzü və pələngi sevindirin. Əslində, rəng çeşidi çoxdur, özünüzə və üzünüzə düşən, xoşunuza gələn modeldə geyim ala bilərsiniz. Vacib deyil bahalı və dəbdəbəli olsun, əsas odur ki, yaraşsın.  O ki qaldı taxacağınız aksesuarlara... Nə istəyirsiniz taxın, bəzənin, amma əsas odur ki, seçdiyiniz aksesuarlar su ünsürlü olsunlar.
 

 

Pələngin süfrəsi

Pələng ilində süfrəmizi nə ilə bəzəyək? Bu da maraqlı sualdır. Pələng vəhşi heyvandır axı. Deməli, süfrəmizdə nə olmalıdır? Əlbəttə ki, ətli yeməklər. Mal, qoç, toyuq, hind toyuğu əti – fərq etməz. Amma bu o demək deyil ki, süfrəmizdə meyvə-tərəvəz olmasın. Olsun! Xurma, naringi və yeni il süfrəsinin ən əsas meyvəsi olan portağal olsun! Pələng yaşıllığı sevir.  Süfrədə yeməklərə göy-göyərtidən bəzək vurmağı da unutmayın.

 

 

Sevgi dolu pələng

Pələng həddindən artıq sevgi dolu, məhəbbət doludur. Ona görə də bu il bir çoxları üçün sevgi, eşq, məhəbbət ili olacaq. Yeni münasibətlər, yeni duyğulara qapı açılacaq, insanlar daha çox xoşbəxt olacaqlar. Pələng həm də inkişafı sevəndir. Ona görə də maksimum dərəcədə üzərinizdə işləyin, məsələn, bilmədiyiniz xarici dil öyrənin, yeni peşəyə yiyələnin, ətrafınızda gözəl, xoş auralı insanlar olsun. Pələng sağlam və möhkəm heyvandır. Deyilənə görə, bu il hamı sağlam olacaq, xəstəliklər azalacaq. Mən də öz növbəmdə ümid edirəm ki, dünyanı ötən iki il ərzində lərzəyə salan, gözüyaşlı qoyan  COVID-19 pandemiyası da bu gözəl pələng ilinin caynaqları altında əzilib məhv olacaq. Bütün bəşəriyyət xoşbəxt təbəssümlə gülümsəyəcək. Pələng ilində sağlam ol, planetim!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

“Azərbaycan Nəşriyyatı" özəl quruma çevrilir

Abşeron İcra Hakimiyyətinə yeni rəhbər təyin edildi

Həm Şuşaya, həm də Ağdama gedə biləcəyik

32 il qabaq törədilən sovet-rus qətliamı və doğan ideologiya

Onların da maaşı ARTDI

"Azərbaycanın Fransadakı səfiri geri çağırılsın"

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

Ombudsmandan beynəlxalq qurumlara MÜRACİƏT

"20 yanvar" -qisas gününə gedən yol...

Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRƏ QATILDILAR

“20 Yanvar - Allah bütün şəhidlərimizə rəhmət eləsin” 

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib