Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

10:54 04-05-2024 | icon 431 | İqtisadiyyat
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. 

 

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi.

 

Onun sözlərinə görə, yeni qərar bu sahədə sui-istifadə hallarının qarşını almağa kömək edəcək.

 

Ekspert deyir ki, əhali istehlakçılarında 1 fazalı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. Əhali üçün 40 manat ödəniş təyin edilib.

 

Yalnız 10 kilovatdan yuxarı enerji şəbəkəsinə qoşulanlar üçün 60 manat ödəniş olacaq.

 

Yeni ödəmə məbləğlərinə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazalı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının ödəniş məbləğləri 60-76% azalır. 3 fazalı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...