“Təlimatsızlıq, sualın düzgün verilməməsi halı da ola bilər” – AĞDAM RİH
Sorğu ilə bağlı məsələdə narahatlığa əsas yoxdur. Bu sorğu sadəcə qayıdışla bağlı insanların fikirlərini öyrənməyə yönəlib.
Versus.az xəbər verir ki, bu fikirləri Ağdam Şəhər İcra Nümayəndəliyinin inzibati ərazi dairəsinin nümayəndəsi Pənah Fətəliyev bildirib:
“Ümumi sorğudur, narahat olmağa dəyməz. Əksinə sevinmək lazımdır ki, artıq belə sorğulara başlanıb və qayıdış yaxınlaşır, torpaqlarımıza qayıdırıq. Sadəcə, burada “Qayıdacaqsınızmı?” sualı bir qədər xoş qarşılanmır. Bütün hallarda bu sorğular vətəndaşlarımız, qayıdışda adları olan şəxslərimiz üçün çox vacib, illərdir gözlənilən işlərdəndir”.
P.Fətəliyev deyir ki, qeyd olunan “Eviniz varsa gəlib şəraitinizlə tanış olacağıq, evinizə baxış keçirəcəyik” kimi ifadələr sorğuya daxil deyil və bu, yanlışlıqdır: “Ola bilər ki, burada anlaşılmazlıq olub. Təlimatsızlıq, sualın düzgün verilməməsi halı da ola bilər”.
Versus.az
Ləman
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"