Cüdoçularımız Qran-Prini bir medalla başa vurdu

09:51 31-01-2022 | icon 417 | İdman
Cüdoçularımız Qran-Prini bir medalla başa vurdu

Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turniri başa çatıb.

 

Yarışın son günündə iki cüdoçumuz mübarizə aparıb.

 

Belə ki, 100 kiloqram çəki dərəcəsində yarışa qatılan Adil Kərimli ilk qarşılaşmada israilli Stanislav Bançuka qalib gəlsə də, 1/4  finalda xorvatiyalı Marko Kumriçə uduzub. Təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarini məğlub edən cüdoçumuz bürünc medal görüşündə ABŞ təmsilçisi L.A.Smitin öhdəsindən gələ bilməyib və medal şansını əldən verib.

 

Digər idmançımız – 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri 1/8 finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti mərhələdə Yaponiya təmsilçisi Yuta Nakamuraya, təsəlliverici görüşdə isə seneqallı Mbaqnik Ndiayeyə məğlub olub.

 

Xatırladaq ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Beləliklə, komandamız yarışı bir gümüş medalla başa vurub.

 

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 4 cüdoçu ilə qatılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI