"“Şuşa bəyannaməsi” Pakistanla da bağlana bilər”

11:01 02-02-2022 | icon 509 | Geopolitika
"“Şuşa bəyannaməsi” Pakistanla da bağlana bilər”

“15 iyun 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşaya səfəri çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyevlə “Şuşa Bəyannaməsi”ni imzaladı. Həmin bəyannamənin şərtlərinə görə hər iki dövlət arasında çoxşaxəli qarşılıqlı hərbi yardımın göstərilməsi nəzərdə tutulur. Burada diqqəti çəkən digər önəmli məsələ həm 15 iyun 2021-ci ildə imzalanmış “Şuşa Bəyannaməsi”nin, həm 16 avqust 2010-cu ildə imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə, həm də 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”də məhz 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiq olduqlarını ifadə edilməsi imzalanmış sənədlərin böyük önəmə malik olduğunu göstərir”.

 

Bu barədə Versus.az-a şərh verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri politoloq Samir Hümbətov bildirib.

 

 

 

Politoloq hesab edir ki, tərəflər arasında imzalanmış hər üç müqavilə arasında da fərqlər var:

 

"Burada tarixi şərait; siyasi, iqtisadi və hərbi imkanlar; beynəlxalq vəziyyət, dövlətləri həmin dövr üçün mövcud durumları nəzərə alınır. Belə ki, 9 fevral 1994-cü il müqaviləsi tərəflər arasında Azərbaycanın müstəqilliyini bərpasından sonra ilk müdafiə xarakterli sənəd idi, buna baxmayaraq həminki dövr həm Türkiyə, həm də Azərbaycan baxımından heç də ürəkaçan dövr hesab edilə bilməz. Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi, Türkiyənin isə PKK terroru ilə mübarizə aparması hərbi və müdafiə sahəsində əməkdaşlığı o dərəcədə ürəkaçan etmədi.

10 avqust 2010-cu ildə imzalanmış müqavilə isə 9 fevral 1994-cü il müqaviləsinə nisbətən daha uğurlu, həm də daha real nəticələrə və imkanlara söykəndiyini demək mümkündür. Doğrudur ki, həmin dövrdə də Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında qalmaqda idi və Türkiyədə PKK terroru hələdə davam etməkdə idi. Buna baxmayaraq həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi və siyasi imkanları kifayət qədər atmışdır. Türkiyə əvvəlki qədər iqtisadi böhranlarla, terror təhdidləri ilə və başqa hadisələrlə çox da qarşılaşmırdı. Eyni zamanda Azərbaycan beynəlxalq aləmdə kifayət qədər tanınmış və nüfuz qazanmışdır. Həmçinin enerji diplomatiyası ilə əlini daha da gücləndirməyi bacarmışdır. Bu baxımdan 10 avqust 2010-cu il müqaviləsini 9 fevral 1994-cü il müqqviləsindən daha uğurlu hesab etmək mümkündür”.

 

Politoloq təhlillərində bildirib ki, 15 iyun 2021-ci ildə imzalanmış “Şuşa Bəyannaməsi” isə əvvəlki hər iki müqavilədən daha genişmiqyaslı, daha uyğun şərait və imkanda malik hesab edilə bilər:

 

“Əlbəttə ki, burada artıq 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan ərazilərinin böyük hissəsinin işğaldan azad edilməsi və həmçinin bu işğaldan azad edilmə prosesində Türkiyə müdafiə sənayesinə məxsus silahların, xüsusilə də PUA-ların fəal iştirakını xüsusilə qeyd etmək yerinə düşər. Burada digər mühüm məsələ Türkiyən ilə bağlıdır. Türkiyə həm uzun illər ərzində içində kök atmış PKK terrorunu ciddi şəkildə təmizləməyi bacarmış, eyni zamanda bu təmizlik əməliyyatlarını ölkə sərhədlərindən kənarda da bacarmış, ən əsası da regionda və dünyada əhəmiyyətli gücə çevrilməyi bacarmışdır. Bununla paralel olaraq Azərbaycan da 30 il ərzində özünün müdafiə qabiliyyətini artırmağı bacarmış, nizami ordu quruculuğu işində ciddi uğur əldə etmişdir. Burada qeyd edilməsi vacib olan digər məsələ əvvəlki iki müqavilələrə əsasən Azərbaycanın ordu quruculuğunda Türkiyənin yaxından iştirakıdır. Qeyd edilənləri nəzərə alaraq demək mümkündür ki, Azərbaycanla Türkiyə arasında imzalanmış istənilə sənəd yalnızca tərəflərin maraqlarına xidmət edir. 1 fevral 2022-ci ildə isə 15 iyun 2021-ci ildə imzalanmış “Şuşa Bəyannaməsi” Azərbaycan Milli Məclisində (ratifikasiya)təsdiq edilərək rəsmi şəkildə qüvvəyə mindi. Sözügedən sənəd Türkiyə tərəfinin də təsdiqindən sonra tam şəkildə fəaliyyətdə olacaq”.

 

S.Hümbətovun sözlərinə görə sənəddə qeyd edilənlər prinsip etibarı ilə tərəflərin hərbi və müdafiə sahəsində əməkdaşlıqlarını daha da sıxlaşdırır və onun dərinləşməsi üçün geniş imkanlar açmış olur.

 

“Yəni bundan sonra istənilən halda Türkiyə Azərbaycanın təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edilir. Eyni zamanda Azərbaycan ordusu Türkiyə ordu sisteminə uyğun olaraq modernizasiya edilə bilər ki, bu da yüksək peşəkarlıq deməkdir. Eyni zamanda Azərbaycan ordusunun arsenalında Türkiyə müdafiə sənayesinə məxsus silahları daha çox görə bilərik. Ən əsası isə Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var ki, bu da Azərbaycan baxımından önəmli məsələdir. 24 dekabr 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando Hərbi Hissəsinin də Türkiyədə hazırlanması bu əməkdaşlığın uğurlu göstəricilərindən hesab edilə bilər.
Nəhayət, Türkiyənin son zamanlar regionda artan nüfuzu mahiyyət etibarı ilə Azərbaycana böyük imkanlar yaradır. Türkiyənin regionda varlığı digər maraqlı qüvvələrin Azərbaycana qarşı istənilən təhdid planın mənasız olması anlamına gəlməsi deməkdir. Fikrimcə, Azərbaycan-Türkiyə ilə imzaladığı müqavilənin eynisini Pakistanla da bağlasa daha uğurlu ola bilər. Burada həm də Pakistanın nüvə silahına malik olması, son illər müdafiə sənayesi sahəsində ciddi uğurlar əldə etməsi, peşəkar orduya sahib olması Azərbaycan üçün faydalı ola bilər”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI