Ən bahalı seriala ən varlı adamdan irad

13:35 06-09-2022 | icon 384 | Film
Ən bahalı seriala ən varlı adamdan irad

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask öz “Twitter” hesabında “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” (“The Lord of the Rings: The Rings of Power”) seriyasının qəhrəmanlarını tənqid edib.

 

Biznesmen serialın demək olar ki, bütün kişi obrazlarını cahil adlandırıb.

 

“(Yazıçı Con) Tolkin məzarında çevrilir. Demək olar ki, hər bir kişi xarakteri qorxaq, əclaf və ya hər ikisidir. Yalnız Qaladriel cəsur, ağıllı və şirindir”, - deyə o yazıb.

Xatırladaq ki, “Üzüklərin hökmdarı: Qüdrət üzükləri”nin premyerası sentyabrın 2-də baş tutub. Layihə “Amazon Prime Video”nun eksklüzivi olub. Təqdimata “Amazon”un qurucusu Ceff Bezos sevgilisi Loren Sançeslə qatılıb.

Qeyd edək ki, bu il İlon Mask ilk dəfə “Forbes”un dünyanın ən varlı adamları siyahısına başçılıq edib: Reytinqdə Ceff Bezosun yerini alan milyarderin sərvəti 68 milyard dollar artaraq 219 milyard dollara çatıb. Siyahının ikinci pilləsinə düşən “Amazon”un qurucusunun varidatı isə 6 milyard dollar azalaraq 171 milyard dollara düşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər