BTE rəsmisi izdihamdan danışdı

12:16 12-09-2022 | icon 342 | Təhsil
BTE rəsmisi izdihamdan danışdı

“Günah məktəb direktorlarındadır”

 

Bu gün məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin qarşısında izdiham yaradıb.

 

Versus.Az xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bununla bağlı açıqlama verib.

 

O bildirib ki, tək bir müəssisə bütün Bakı şəhərini forma ilə təmin edə bilməz:

 

“Məktəbli formaları üçün heç bir qurum bizə müraciət etməyib. Biz dövlət müəssisəsi deyilik, özəl qurumuq. Biz bank krediti ilə işləyirik. Aşağı faizlə də bizə kredit verən yoxdur. Gərək əvvəldən bu işə razılaşmazdıq. İndi hamı məsuliyyəti bizim üzərimizə atır”.

 

E.Əzimov bildirib ki, tikiş evi hər gün 1200-1500 forma istehsal edə bilir: 

 

“Hazırda tələbat qısaqol köynəklərədir. Yay üçün biz qısaqol forma hazırladıq, uzunqol köynəklər də hazırlanır”. 

 

Şöbə müdiri izdihamda günahı məktəb direktorlarında görüb: 

 

“Direktorlar valideynləri məcbur edirlər ki, mütləq forma ilə gəlin məktəbə. Bir fabrik hamını necə təmin etsin? Nazir də bildirib ki, bu tövsiyə xarakterlidir. Camaatı belə təşvişə salmaq olmaz. Bizim burada heç bir günahımız yoxdur”. 

 

Sonda E.Əzimov bildirib ki, hazırda 30 mindən çox forma satılıb. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır