Beynəlxalq Kosmik Stansiyadan qayıdan rusiyalı kosmonavt Oleq Artyomov avtomobili ilə adam vurub. Hadisə Rusiya paytaxtında baş verib.
Məlumata görə, qəzaya düşən şəxs Y.A.Qaqarin adına Kosmonavt Tədris Mərkəzinin layihə rəhbəri Anatoli Uronovu vurub. Nəticədə Uronov kəllə-beyin travması, eləcə də qabırğa və onurğa sütunlarının sınığı xəsarətləri alıb. 63 yaşlı kişi təcili olaraq xəstəxanaya yerləşdirilib.
Oleq Artyomov Beynəlxalq Kosmik Stansiyadan Yerə cəmi iki həftədir ki, qayıdıb. O, Yerə yaxın orbitdə bir ildən çox vaxt keçirib.
Məlumata görə, Artyomov ilk dəfə 2014-cü ildə kosmosa çıxıb və ümumilikdə üç ekspedisiyada iştirak edib. 2016-cı ildə Rusiya Qəhrəmanı adına layiq görülüb, 2019-cu ildə isə Moskva Şəhər Dumasına deputat seçilib.