Bakıda dəhşətli qəza
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Versus.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili “Volvo” markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, səhər saatlarında Lökbatan dairəsində baş verən ağır qəzada yaralananların kimlikləri bəli olub. VAZ 2107 markalı avtomobildə olan sərnişinlər 2001-ci il təvəllüdlü Razi Məmmədzadə və 1997-ci il təvəllüdlü Kənan Allahyarlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.
KTM-dən onların vəziyyətinin ağır olduğu bildirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"