Hakimiyyətdən təqdirəlayiq ADDIM
Fuad Əliyev: "Bu məsələni ilk və bəlkə də yeganə olaraq biz qaldırmışdıq"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni təyin olunmuş səfiri Ann Buayonla görüşüb və onun etimadnaməsinin surətini qəbul edib. Bu Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, səfirin etimadnəsini prezident yox, xarici işlər naziri qəbul edib. Protokola əsasən bir qayda olaraq yeni səfirlərin etimadnaməsini Prezident İlham Əliyev özü qəbul edir. Nəzərə alsaq ki, son iki il ərzində Fransanın açıq aşkar erpənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərə ciddi zərbə vurub. Azərbaycanın Fransadakı yeni səfirimiz Leyla Abdullayevanın etimadnaməsini prezident Makron və ya Fransa xarici işlər naziri yox, XİN-in hansısa departament rəhbərin müavini qəbul etmişdi.
Versus.Az xatırladır ki, bu məsələ ilə bağlı ilk reaksiyanı bu il noyabrın 28-də Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev vermişdi.
Bu gün məsələ yenidən gündəmdədir və ALDP sədri hakimiyyətin bu addımını təqdirəlayiq hesab edir:
“Bu təqdirəlayiq addımdır. Bu məsələni ilk və bəlkə də yeganə olaraq biz qaldırmışdıq. Azərbaycan hakimiyyətində baş verən yenilənmə nəticəsində, müxalifət nümayəndələrin verdiyi istənilən bəyanatlara reaksiya verirlər. Bizim verdiyimiz bəyanatları, söylədiyimiz fikirləri təhlil edirlər. Və söylədiyimiz fikirlər, təkliflər dövlət məsələlərinə uyğundursa, bunlardan istifadə edirlər”.
ALDP sədrinin fikirincə, Fransa Azərbaycana qarşı necə davranııbsa, biz də o cür davranmalıyıq:
“Bu bizim onlara tam adekvat da olmasa, cavabımızdır. Çünki hörmətli səfirimiz Leyla Abdullayevanın etibarnaməsinin surətini Fransanın XİN-in hansısa departament rəhbərin müavini qəbul edib. Fikrimcə, Fransanın yeni səfirinin etimarnaməsini Azərbaycan xarici işlər naziri yox, XİN-in bir şöbə rəhbərinin müavini qəbul etməliydi. Bu tam adekvat cavab olardı. Dünyada bizim kimi qonaqpərvər xalq yoxdur. Düşmən də olsa əgər evimizə gəlibsə, həmişə hörmət etmişik. Yəqin ki, buna görə biz tam olaraq adekvat addım atmadıq və Fransanın yeni təyin olunmuş səfirinin təqdimatını Azərbaycan xarici işlər naziri qəbul etdi”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"