"Rəsmi Bakı təcili Xankəndiyə yeriməlidir"

12:01 18-12-2022 | icon 677 | Siyasət
"Rəsmi Bakı təcili Xankəndiyə yeriməlidir"

Hafiz Hacıyev: "Nə vaxta qədər soyuqda Xankəndi-Laçın yolunda dayanacaqlar?"

 

“Rusiya ordusu və Qarabağa gələn Vardanyan işğalda olan ərazilərimizdə bizim sərvətlərimizi talan edirlər. Onlar Qarabağdan iqtisadi gəlir mənbəyi kimi istifadə edirlər”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Xankəndi-Laçın yolunda davam edən aksiya ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Nə vaxta qədər vətəndaşlarımızın soyuqda Xankəndi-Laçın yolunda dayanacaqlarını sual edən partiya sədri bildirib ki, bizim “Dəmir yumruğ”umuz işə düşməlidir:

 

“Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim üçün çox önəmlidir. Bildiyimiz kimi vaxtı ilə Topxanıda bir ağacın qırılması ilə Azərbaycanda xalq hərəkatı başladı. İndi də 44 günlük müharibədə Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edib. Amma Azərbaycanın azad etdiyi ərazilərdə Rusiyanın sülhməramlı adı altında oraya gəlmiş işğalçı ordusu erməniləri himayə edir. Rusiya ordusu Qarabağa gələndən sonra Xankəndidən köçən bütün erməniləri oraya geriyə qaytardılar.

Rusiya ordusu və Qarabağa gələn Vardanyan işğalda olan ərazilərimizdə bizim sərvətlərimizi talan edirlər. Onlar Qarabağdan iqtisadi gəlir mənbəyi kimi istifadə edirlər. Onların siyasi maraqları ancaq pulun üzərində qurulub. Bizim sadə vətəndaşlarımız da onların bu talanlarına son qoymaq üçün bir həftədir ki, mübarizə aparırlar.

Xankəndi bizim ola-ola ermənilər özlərinə başçı seçiblər, parlament yaradıblar. Bu da bizə qarşı çox böyük hörmətsizlikdir. Mən dəfələrlə demişəm indi də deyirəm. Biz Qarabağda cəsarətli addımlar atdıq, amma Xankəndinə gələndə bizim müəyyən dairələr sönük addımlar atdılar. Xankəndidə bizim rəhbərlik olsaydı, indi onlar nə Xankəndidə mitinq keçirə bilərdilər, nə də Xankəndidən adam dəvət edə bilərdilər.

 

Biz Laçın dəhlizini açdıq ermənilərə verdik və onlar dəhliz vasitəsilə nə qədər silah lazımdır yığıblar. Bizim Xankəndidə mənbələrimiz var. Onların verdikləri məlumata görə Xankəndidə ermənilərin böyük silah anbarları var. Buna görə də onlar bizim vətəndaşlarımızı oraya qoymurlar. Hətta İrandan gələn mütəxəssislər orada ermənilərə hərbi təlimlər keçirirlər".

 

MMP sədri vurğulayıb ki, bu gerçəklikləri bilə-bilə sakit oturmamalıyıq. Onun sözlərinə görə, təcili anti-terror əməliyyatı keçirib, orada bir dənə də olsun erməni seperatçısının olmasına icazə verilməməlidir:

 

"Onsuz da dünya dövlətləri Azərbaycana qarşı qərəzli mövqe irəli sürürlər. Buna görə Azərbaycan heç bir dövlətə fikir verməməlidir. Azərbaycan ruslar qarışıq erməni separatçılarının hamısını Qarabağdan çıxarılmalıdır. Rəsmi Bakı təcili olaraq Xankəndiyə yeriməlidir. Əgər cəsarətləri çatmırsa, qorxurlarsa, mən komandamla birlikdə Xankəndiyə getməyə hazıram. Gedim Xankəndin azad edim, xalqımı da yığım başıma. Sonra da Azərbaycanın paytaxtını Xankəndiyə köçürək. Biz qəti addımlar atmalıyıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək