Azərbaycanda ilk dəfə
İanələrin idarəetmə sistemi yaradılıb
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Milli Cəmiyyət (AzQAC) dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə tam və bərabərhüquqlu üzvüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman milliyyət, irq, dini inanc, sinif və siyasi fikir ayrı-seçkiliyi etmədən insanlara 1920-ci ildən etibarən humanitar yardım göstərirlər.
AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı ianə idarəetmə sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, ASAN PAY, SMS, MilliÖn, eManat, hesab.az, ePul, bank kartı (VISA, Mastercard) və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti aztəminatlı ailələrə; fiziki və mənəvi əzab çəkən insanlara; fəlakət və böhrandan zərər çəkənlərə; humanitar yardıma ehtiyacı olan hər kəsə; qocalara və xəstə ahıllara; əhalinin ən həssas qruplarına; ehtiyaclı uşaqlara və uşaq sığınacaqlarına; ucqar və əlçatmaz relyeflərdə yaşayan həssas icmalara daimi humanitar və sosial yardım göstərir.
“YARDIM.ET” ianələrin idarəetmə sistemi çərçivəsində ianələri SMS vasitəsilə bütün “Azercell” istifadəçiləri edə bilərlər. Sadacə, 8116 qısa nömrəsinə müvafiq açar rəqəmini göndərməklə ehtiyaclı insanlara yardım edə bilərsiniz. 1, 2, 3, 5, 10, 15, 20, 30 və ya 50 rəqəmini 8116 nömrəsinə göndərin və həmin məbləğdə ianə edin.
AzQAC-a bank kartı (VISA, Mastercard) vasitəsilə onlayn ianə etmək üçün – sadəcə https://yardim.et/az/donations/bank/online linkinə keçid etməklə çox rahat şəkildə ianələrinizi edə bilərsiniz. Unutmayın ki, sizin dəyərli ianəniz milyonlarla azərbaycanlıya və bütün dünyada digər ehtiyacı olan insanlara xilasedici dəstək və xidmətlər göstərməyimizə kömək edir. Bizi dəstəkləməklə siz daim artan humanitar ehtiyaclarla üzləşən dünyada prinsipial humanitar missiyamızı davam etdirməyimizə kömək göstərirsiniz.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected]
Toplanmış bütün ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...