"Milli-mənəvi dəyərlər gənclərin monolit ailə institutunun əsasıdır”
“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi “Milli-mənəvi dəyərlər gənclərin monolit ailə institutunun əsasıdır” adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.
Bu barədə Versus.az-a ADTGT İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 3 ay müddətində Şirvan şəhəri, Biləsuvar, Salyan və Neftçala rayonlarında həyata keçiriləcək layihə erkən nikahlar və qohumlar arasında nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə və ümumilikdə monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlərin və ailə ənənələrinin aşılanmasını nəzərdə tutur.
"Layihə çərçivəsində 4 regionda mövzuya dair sorğu aparılacaq. Araşdırmanın aparılması, obyektiv hesabatın hazırlanması, yerli məsul şəxslər üçün “capacity building” təlimlərinin keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və geniş arealda maarifləndirici, təbliğati, PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır.
Layihə davamlılıq, gələcək nəticəyönümlü və requlyar addımlar üçün erkən nikahlar və qohumlar arasında nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün milli-mənəvi dəyərlər, monolit ailə institutu ənənələri və sağlam milli genefondun təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur".
Sevda
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"