"Şuşa çox gözəl, əzəmətli bir şəhər olacaq"

12:18 26-12-2022 | icon 720 | Qarabağ
"Şuşa çox gözəl, əzəmətli bir şəhər olacaq"

Zahid Abbasov: “Bir Şuşa ağsaqqalı kimi “Zəfər Plovu”nun açılışını etmək  mənə qismət oldu"

 

Artıq 2022-ci il ilə birlikdə, “Şuşa ili” –ni də başa vurmaqdayıq. 2 ildir düşmən tapdağından Azad edilən Şuşamız, zaman keçdikcə qüdrətini daha da artırır və “Şuşa İli” adlı bir tarix artıq yazıldı.

 

“Şuşa ili”il hansı əlamətdar hadisələrlə yadda qaldı, gələcəyə hansı bünövrələrlə, yeniliklərlə gedir...

 

Versus.az bu istiqamətdə işğaldan əvvəl Şuşa Şəhəri Mədəniyyət və Turizm İdarəsinin müdiri olmuş və Şuşa azad olunandan sonra da daim Şuşada mədəniyyət abidələrinin bərpası prosesində iştirak edən Zahid Abbasovla söhbətləşib, Şuşadan danışıb.

 

 

- Zahid müəllim, bizə Şuşadan danışın. Şuşa adı ilə bağlı olan ili necə başa vurur?

 

- “Şuşa ili” çox sevgi, qürur, əzəmət, zəfər, abadlıq, yenilənmə ili kimi ömrümüzə yazıldı. Əlbəttə ki, bu ili Şəhidlərimizə, Ali Baş Komandana, Müzəffər Ordumuzun hər bir əsgərinə dərin minnətdarlıq hissi ilə yaşadıq... Şuşamızı bir körpə, bir ana, sevgili vətənimiz kimi əzizlədik. Yaralarını sarımağa çalışdıq. Hamılıqla onunla birkildə olduq. Şuşa bu son ili öz doğmalarının əhatəsində keçirtdi.  Biz şuşalılar Prezidentimizə, Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk. Neçə illər ürəyimizdə qalan arzumuzu yerinə yetirdilər. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Şuşadan nə danışım... Şuşa gözəl havası, təbiəti, qədim tarixi olan bir şəhərdir. Şuşanın hər bir daşı tarixi abidədir. Şuşada hər bir məhəllənin bulağı, hamamı, məscidi, çayxanası və sair məkanları var idi. Bu şəhər tarixi qoruq kimi qorunur. Şuşanın Cıdır düzü özü də bir gözəllik simvoludur.

Şuşa zadəganlar şəhəri idi. Orda fəhlə də, vəzifəli də bir -birindən seçilmirdi. O cəhətdən Şuşa həmişə sayılıb-seçilən şəhər olub.

Şuşada 17 məhəllə olub. Məhəllələr Bazar başı deyilən meydana gəlib çıxır. Belə bir ansambl dünyada heç bir yerdə yoxdur.

Bu gün “Şuşa” deyəndə düşüncələrimizdə ilk olaraq “Şuşa sən azadsan, Şuşa sən bizimləsən, biz səninləyik, Şükr edirik, səni sevirik”-sözləri danışır... Düşmən Azərbaycanın qədim torpağı  olan  Şuşamızı, onun milli-mədəniyyət abidələrini dağıtmaqla, yandırmaqla onun Azərbaycana aid tarixi keçmişini məhv edə bilmədi. Çünki Şuşa torpağının tarixi onun  qatlarında, daşlarında gizlənir və O, özünün kimliyini hər hər bir zaman qoruyub.

 

- Şuşa ili”Qarabağın Mədəniyyət Paytaxtı kimi regionda gedən proseslərin sosial-iqtisadi, mədəni, ictimai-siyasi, geopolitik əhəmiyyətli fəaliyyət istiqamətlərinin mərkəzində dayanmaqla dünyaya hansı mesajını verdi?

 

- “Şuşa ili” Şuşada gedən abadlıq işlərinin daha da sürətləndirilməsinə start verdi. Bu, eyni zamanda bizim düşmənlərimizə, bütün dünyaya mesaj verdi ki, Şuşa qədim Azərbaycan şəhəridir, biz onu unutmarıq və bütün Azərbaycan xalqı bu şəhəri sevir, qoruyur.

Əlbəttə ki, beynəlxalq aləmə bir daha mesaj verdi ki, bu şəhərdə həmişə azərbaycanlılar yaşayıb. Şuşada dahi sənətkarlar, bəstəkarlar, incəsənət  xadimləri, yazıçılar, şairlər,  sərkərdələr  göz açıb.

“Şuşa ili”ndə Şuşa haqqında müxtəlif xarici dillərdə bir neçə kitab dərc olundu. O kitabların təqdimatnda mən də iştirak elədim.  Eyni zamanda Şuşada müxtəlif beynəlxalq tədbirlər keçirildi ki, özlüyündə beynəlxalq  aləmə bir daha mesaj verdi və bəyan etdi ki, hörmətli prezidentimizin sözləri ilə desək, Əziz Şuşa biz qayıtmışıq, biz səninləyik, biz bir daha heç vaxt səni tək qoymarıq.

Mədəniyyət Paytaxtı olan Şuşa böyük tarixi proseslərə şahdlik etdi. Təbii ki, Şuşada keçirilən beynəlxalq tədbirlərlə xalq, ordu, Ali Baş Komandan vahidliyi bir daha ortaya qoyuldu. Düşmən bir daha xəbərdar edilir və sülhə çağırılır...

 

Şuşa öz ilində hansı mühüm tədbirlərə ev sahibliyi etdi?

 

- “Şuşa ili”-ndə  çox gözəl tədbirlər keçirildi. Bu sırada “Xarıbülbül” Festivalını,  şair, mütəfəkkir Molla Pənah Vaqifin Poeziya gününü, Kulinariya Festivalını və digər tədbirləri qeyd edə bilərik. Şuşamız  muğamın səsi ilə dünyaya sevgi bəxş etdi. Şuşa muğamın ruhu ilə tarixi keçmişinə döndü. Yumruğu dəmir, Məmləkəti Azərbycan olan bu diyar bəşəriyyətə sülh aşıladığını bir daha nümayiş etdirir, düşməni silahı yerə qoymağa çağırır.

Şuşa ilində keçirilən Kulinariya Festivalında ilk dəfə olaraq Şuşada “Zəfər plovu” hazırlandı. Bir Şuşa ağsaqqalı kimi “Zəfər Plovu”nun açılışını etmək  mənə qismət oldu. Bu mənim üçün çox yaddaqalan oldu. Həm “Zəfər Plovu”nun ilk dəfə Şuşada dəmlənməsi və onun qazanaçdısının bir Şuşa ziyalısı, ağsaqqalı, müharibə veteranı kimi mənə həvalə olunması mənim üçün çox qürurverici idi.

 

- Adətən, Qarabağda toy, şənlik mərasimlərində yeməklər bişib hazır olanda, camaata verilməzdən əvvəl bir Qazanaçdı olur. Adətən qazanı açan şəxs, aşbaza hədiyyə verir. Sizin hədiyyəniz nə oldu.” Zəfər Aşı”nın dadı necə idi, fərqi nə idi?

 

- Aş qazanını açanda hamı əl çalıb məndən hədiyyəni gözlədi.  Mən də musiqisiz, filansız qol götürüb oynadım. Və hamı mənə qoşuldu. Həmin vaxt leysan yağış yağırdı. Heç kəs belə bir yağışın altında oynadı, sanki yağış yağmırdı.  O gün gox gözəl hisslər yaşadıq.  Çox gözəl səhnə alındı, yadda qalan gün oldu. 

Zəfər Plovunun o bigərilərindən fərqi nə idi soruşdunuz... Bu  Plovun üzəri kişmişli idi və plova zirinc vurmuşdular. Zirinc, Şuşada dağlarda bitər, bəzi yerlərdə ona zərinc də deyirlər. Şuşa zirinci qırmızı rəngdə, çox dadlı, turşməzə olur. “Zəfər Plovu”nun əvvəli şirin, dərinləşdikcə isə turşməzə idi.  Ona görə də Plovda olan o şirinlik, turşməzəlik ona xüsusi Zəfər dadını vermişdi. 

 

Zahid müəllim, Şuşada abidələrin bərpası, yeni  evlərin tikintisi, 5 mərtəbəli evlərin sökülməsi,  yeni evlərin inşaası prosesi hansı mərhələdədir? Yeni abidələrin əsası qoyuldumu?

 

- Şuşada olan o Xruşovka - 5 mərtəbəli binaların hamısı söküldü. O binaların yerində ya yenisi tikiləcək, ya da yeni layihələr əsasında parklar salınacaq.

Şuşa xüsusi memarlıq üslubu ilə tikilib və orda heç nə dəyişilməyib. İndi də yeni plandan görünür ki, həmin o memarlıq üslubunun qorunmasına çalışılacaq. Düzdür, şəhərin müəyyən hissələrində yeni tikililər tikmək olar və düşünürəm ki, tikiləcək. Amma qalan o köhnə məhəllələr, tarixi abidələr necə var, elə də təmir olunacaq. Bu da çox müsbət haldır.

70-80-ci illərdə Şuşada tikilən beşmərtəbəli binalar  -“Xruşovka”lar istifadəyə yararsız idi, həm də Şuşaya yaraşmırdı.

Şuşada dövlət tərəfindən qorunan 348-dən çox abidə var.  Demək olar ki, abidələrin çox bərpa edilib. Şuşanın milli, mənəvi rəngi, havası təmizlənib, getdikcə gözəlləşir. İşlər çox yaxş gedir, yəqin ki, yaxın zamanlarda ora lk köçürülmələr başlanacaq.

Şuşa ilə bağlı o qədər gözəl memarlıq arxitekturası düşünülüb ki...

Şuşada invertar nömrəsi ilə dövlət tərəfindən 248 abidə olub.  Amma mən həmişə demişəm ki, Şuşada 300-dən də çox abidə olub. Onun dəyəri ölçüyəgəlməzdir. Qeyd edim ki, tarixi abidələrin araşdırılması və invertarlaşdırılması ilə bağlı komissiya yaradılmışdı və mən də o komissiyanın tərkibində idim. Apardığımız işlər əsasında hələlik 300-dən artıq abidələrimiz invertarlaşdırılıb. Bununla yanaşı işlər davam edir.  

 

- Bildirirdiniz ki, Şuşanın baş planı hazırdır və o plana uyğun olaraq hansı işlər görüldü və hansı işlər görülməkdədir?

 

-Şuşanın yeni baş planı ilə tanışam və bir şuşalı kimi ondan razıyam. Qeyd edim ki, Şəhərin baş planı mütəxəssislər tərəfindən çox gözəl hazırlanıb. Çox mühüm  işlər davam etdirilir. Hazırda bilrisiniz ki, şəhərin yuxarı hisəsində yaşayış binalarının tikintisinə başlanılıb. Mənə elə gəlir ki, gələn ilin axırında Şuşada bir sıra sosial obeyklər, eyni zamanda təxminən 23 yaşayış binası  istifadəyə  veriləcək. Eyni zamanda gözlənilir ki, Şuşa I nömrəli tam orta məktəbin bunası sentyabr ayında istifadəyə verilsin. Şuşa bərpa olunandan sonra çox gözəl, əzəmətli bir şəhər olacaq. Şuşa yavaş-yavaş demək olar ki, əvvəlki gözəlliyini və beynəlxalq müstəvidə qüdrətini artıracaq. Mən yenə Şuşanın həm quruculuq, həm turizm işləri ilə məşğulam.  Çalışıram ki, Şuşada Turizmi Şuşada yüksək səviyyədə yenidən quraq. Artıq  ofisimiz də var və bununla bağlı işlər aparırıq. Eyni zamanda Şuşanın tarixi abidələrinin bərpa olunmasında yaxından iştirak edib köməklik edəcəyik.

Əlbbətə ki, ən böyük təkliflərimdən biri odur ki, Şuşada açıq səma altında böyük bir muzey yaradaq. O muzeydə Qarabağ müharibəsinə, ondan əvvəlki dövrlərə aid ekspanatlar  öz əksini tapmalı, tarixi keçmişi əks olunmalıdır. Biz o zamanlar da muzey yaratmışdıq. Amma bəsit idi. O vaxt yalnız tarixi daşlardan ibarət muzeyi yaratmışdıq.  Amma bu dəfə açıq səma altında daha əzəmətli muzeyi mütləq altında açmalıyıq. Və Şuşaya gələn bütün turistlər marşuruta həmin muzeydən başlamalıdır. Bu çox vacibdir. Görülən bütün işlərdə əlbəttə ki, Heydər Əliyev Fondunun əməyi danılmazdır. Fond istər maddı cəhətdən, istər layihələrin hazırlanmasında, istərsə də işlərin icrasında  çox böyük  hərtərəfli  köməkliyi var. Və çalşırlar ki, görülən bütün işlərdə, həm keçmiş öz əksini tapsın, qorunsun, eyni zamanda yeniliklər də görünsün. Şuşa özünün ruhu ilə tikilməlidir, inkişaf etməlidir. Bunlar hamsıı nəzərə alınır. Tarixi qəmbər daşları onlar hamsı toplaır, nömrələnir. Heç bir atılmır. Hamısı əvvəlki kimi istifadə olunacaq, əvvəlkindən də müasir qaydada daha əzəmətli alınacaq.

 

Şuşanın kurort kompleksi haqqında da fikirləşmək lazımdır. Şuşada mineral suları, bulaqları, Şuşanın təbiəti, faunası, florası ona dəlalət edir ki,  Şuşada kurort kompleksi tikilsin və beynəlxalq miqyasda inkişaf etdirilsin. Mən də həmin işdə mütəxəssislərə  kömək edirəm və etməyə də hazıram. İnanıram ki, biz Şuşada beynəlxalq Turizmi  mütləq inkişaf etdirəcəyik.

Şuşada çox yabanı  dərman bitkiləri  yetişir. Onların hamısının sənayelşdirilməsi, qablaşdırılması  təşkil olunmalıdır. O barədə də işlər aparılacaq. Hamısı planlaşdırılılb, bu istiqamətdə işlər proqramı hazırlamışam, lazımi orqanlara təhvil verəcəm. Lazım gələrsə, qolumu çırmalayıb işə qoşulacam. Bir şuşalı kimi borcumuzdur ki, tezliklə bu diyarımızı əvvəlki vəziyyətinə gətirib çıxardaq.

Mən yekunda bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik  günü münasibəti ilə, eyni zamanda ölkə başçımız, Ali Baş Komandanımızı bu sevinci, bu gözəllikləri bizə bəxş edən  çox hörmətli  İlham Əliyevin qarşıdan gələn yeni ilini  ürəkdən təbrik edirəm, onun ailəsinə,  çox hörmətli Mehriban xanıma , hər bir azərbaycanlıya yeni ildə yeni-yeni müvəffəqiyyətlər və bol-bol Şuşalı günlər arzu edirəm. (Həftə içi)

 

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da