Versus.az cəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, BMT TŞ-da məlum müzakirələr olsa da, bunun bizə heç bir təsəri ola bilməz.

 

Politoloq qeyd edib ki, hazırki durum, Azərbaycan haqlı durumdaykən haqsız duruma salınmasına yönəlib:

 

“Bizi haqsız duruma sürükləmək istəyirlər.  27 il Azərbaycan torpaqlarının işğalı və BMT-nin qəbul etdiyi 4 qətnaməyə kimsə diqqət yetirmədisə, biz nəyə görə Azərbaycan torpaqlarında haqlı addımlarımıza qarşı yönələn hansısa çağırışa qulaq asmalıyıq. İndi də Paşinyan məsələ qaldırır ki, Ermənistanla Qarabağı birləşdirən yola beynəlxalq müşahidəçilər yerləşdirilsin”.

 

E.Şahinoğlu hesab edir ki, ermənilərin bu istəkləri sərsəmlik, mənasız iddialardır. Onun fikrincə, bu, erməni cəmiyyətinin diqqətini çəkməyə yönəlib:

 

“Ermənilərin Azərbaycan ərazilərində beynəlxalq missiya yerləşdirmək istəyi reallaşa bilməz. Çünki istər  BMT, istər Avropa Şurası və digər təşkilatlar  Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycanın razılığı olmadan ərazilərində heç bir beynəlxalq missiya daxil ola bilməz”.

 

Politoloq qeud edib ki, biz bu gün Laçın yolunda öz yolumuzdayıq və yolu nəzarətdə saxlamalıyıq:

 

“Bəli, sivillər, xəstələr yoldan istifadə edə bilər, amma silah, minalar, narkotik vasitələr o ərazilərdən keçə bilməz. Eləcə də üçüncü ölkə vətəndaşları viza almamış Azərbaycan ərazilərinə keçə bilməzlər".

 

Ona görə də Paşinyanın bu cür sərsəm təkliflərinin heç bir perspektivi yoxdur.

 

T.Qafarlı
Versus.az