Qarabağdakı separatçı rejimdən növbəti imitasiya: 

10:46 25-12-2022 | icon 345 | Siyasət
Qarabağdakı separatçı rejimdən növbəti imitasiya: 

Hərbçilər, polislər və sadə əhali zorla mitinqə çağırılırlar

 

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçılar bu günə mitinq planlaşdırırlar.

 

Versus.Az x'b'r verir ki, mitinqin saat 14:00-da Xankəndidə keçirilməsi gözlənilir.

 

Maraqlıdır ki, sözügedən aksiyaya hazırda həmin ərazidə yaşayan əhalinin marağı o qədər də çox deyil. Belə ki, insanları meydana cəlb edə bilməyən qondarma rejim “rəhbərliy”i Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətə olanlara belə komanda verərək bildirib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə bir yerdə mitinqdə iştirak etsinlər.

 

Sadə vətəndaşlardan həmçinin tələb olunur ki, ailəlikcə mitinqdə olsunlar. Əldə etdiyimiz məlumata görə, “dövlət müəssisələri”ndə çalışanlara sözügedən aksiyada iştirakın məcburi olduğu barədə dəfələrlə sərt xəbərdarlıqlar edilib.

 

Görünür xalq arasında nüfuzunu itirən və getdikcə məngənəyə sıxılan qondarma rejimin separatçı “rəhbərliy”i mitinqə mümkün qədər çox insan cəlb etməklə arxalarında xalq dəstəyi varmış kimi imitiasiya yaratmağa çalışırlar.

 

Bunun üçün hətta “hüquq-mühafizə” orqanlarının əməkdaşlarına da mülki geyimlə bu mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI