Köklük cinsi həvəsin azalmasına səbəb olur

03:23 26-12-2022 | icon 574 | Sağlamlıq
Köklük cinsi həvəsin azalmasına səbəb olur

Bu əlaqə insanların həyatına həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir edir. Mütəxəssislər insanlar arasında bir çox xəstəliklərin artmasını bu səbəblərdən dolayı olduğunu söyləyirlər. Yəni intim həyatı normal keçməyənlər xəstəliklərə qarşı daha həssas olurlar.

 
 
Cinsi həvəsin azalmasının bir çox səbəbləri var. Bəs bu səbəblərə köklük də daxildirmi?
 
 
Kök insan dedikdə orqanizminin bütün hüceyrələrində piy toxuması yığılıb qalan insan nəzərdə tutulur. İnsan orqanizmi öz həyatını yaşamaq üçün ona lazım olan enerjini xarici qidalar vasitəsilə alır. Daxil olan enerjinin yetərincə parçalanmaması isə artıq piylərin əmələ gəlməsinə və depolanmasına səbəb olur.
 
 
Buna həddindən çox yemək, bəzi dərman vasitələri, hormonal dəyişikliklər, doğuşların sayı, yaş, siqaret, azhərəkətlilik səbəb ola bilər. Köklük orqnizmdə şəkərli diabetə, yuxuda boğulmalara, xoruldamaya və bir çox digər xəstəliklərə səbəb ola bilir. Köklüyün səbəb olduğu xəstəliklərin siyahısında normal olmayan cinsi həyat tərzi də durur.
 
 
Köklük insanların cinsi həyatında aşağıdakılara səbəb ola bilir:
 
 
* cinsi həyata mənfi təsir edir
* cinsi performansın keyfiyyətini aşağı salır
* insanın psixologiyasına təsir edərək cinsi həvəsini azaldır
* cinsi akta meyilliliyi azaldar, intim duyğuları söndürər
* köklük səbəbindən insan özündən utanar və cinsi aktdan qaçar.
 
 
Mütəxəssislər köklüyü səbəbindən cinsi əlaqədən qaçan adamlara mütləq həkimə müraciət etməyi məsləhət bilir.
 
 
Hesablamalar orta yaşlarında, artıq çəkidən əziyyət çəkənlərin arıqladıqları zaman cinsi həvəslərinin 2 dəfə artdığını göstərir. /Bakupost/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI