Almaniyada Xocalı soyqırımının ildönümü qeyd olundu
Milli Məclisin deputatı Nurlan Həsənov fevralın 24-də Almaniyanın Berlin şəhərinə səfər edəcək. Deputat Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak edəcək.
Bu barədə Versus.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Anım mərasiminin Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan həqiqətləri diqqətə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı qətliamı barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq. Səfər fevralın 26-da başa çatacaq”-. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"