Leyla Yunusun siyasi məhbus siyahısı - ETİRAZ

11:13 01-03-2023 | icon 369 | Siyasət
Leyla Yunusun siyasi məhbus siyahısı - ETİRAZ

Çingiz Qənizadə: “Xaricə sığınmış bu adam siyahısını beynəlxalq təşkilatlara sırıyıb, qrant almaq istəyir”

 

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var.

 

Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

 

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir.

 

Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

 

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb.

 

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı danışıb:

 “Gündə bir təşkilat formalaşır, hansısa bir siyasi mərkəz adı altında bir ictimai birlik yaradılır və sonra da natamam, tam şişirdilmiş, qərəzli şəkildə dırnaqarası siyasi məhbus siyahısını tərtib edərək, onu  beynəlxalq təşkilatlara göndərirlər.  Qeyd edilən "Siyasi Məhbusların Monitorinqi Mərkəzi" İctimai Birliyini, eləcə də onun rəhbəri Elşən Həsənovu da tanımıram. Amma Leyla Yunisi çox yaxşı tanıyıram. Ölkədən gedib xaricə sığınmış, xaricdə oturmaqla internet üzərindən müəyyən adamların adlarını, onların fəaliyyətləri haqqında məlumatlar toplamaqla, siyahı tərtib edir və bunun beynəlxalq təşkilatlara sırıyaraq, müəyyən qrantlar əldə etməyə çalışır. Yəni qrant hesabına xaricdə yaşayanlardan biridir. Vaxtilə hüquq müdafiəçisi kimi çalışırdı, biz onu dəfələrlə düz yola, rəqəmləri şişirtməməyə, şəxsi maraqlara xətrinə siyahıya adamlar salmamağa dəvət etdik. Amma sonra nə baş verdiyini hamımız bilirik, ölkədən çıxıb getdi".

 

Çingiz Qənizadə qeyd edib ki, qeyd edilən 93 nəfərlik siyasi məhbus siyahısı həqiqəti əks etdirmir: 

“Əvvəla, Azərbaycan dövləti hər zaman bildirir ki, ölkədə siyasi məhbus yoxdur və bizim İşçi Qrupumuzda 10-dan çox hüquq müdafiə və təşkilat nümayəndələri, həmçinin  hakimiyyətin müxtəlif qollarını təmsil edən vəzifəli şəxslər təmsil olunur. Biz həbslər və məhkəmələri zamanı müəyyən prosedur pozuntulara yol verilmiş şəxslərin barəsində məsələləri qaldırır və müəyyən qədər problemlərin həllinə nail  ola bilirik. Hər dəfə də əfv fərmanı, sərəncamı veriləndə bizlərin, o cümlədən hüquq müdafiəçisi Novella Cəfəroğlu başda olmaqla, Səadət Bənəniyarlı, Səidə Qocamanlı həmçinin mən, bəzən Arzu Abdullayeva dövlət başçısına, əfv sektoruna müraciətlər ünvanlayırıq və bizim müraciətlər hər dəfə az və yaxud çox olmasından  asılı olmayaraq öyrənilir və müsbət dəyərləndirilir.

Bu baxımdan, 93 nəfərlik siyahının tərtib edilməsi əslində prosessual hüquqları müəyyən qədər istintaq və məhkəmədə hüquqları pozulmuş şəxslərin azadlığa çıxması yolunu çətinləşdirir, problemi dərinləşdirir və bəzən də hakimiyyət bu cür qərəzli siyahıları gördükdə, ümumiyyətlə, qaldırılan məsələləri heç müzakirə etmək istəmir ki, bu insanları, yəni haqqı olanları haqqı olmayanlarla eyniləşdirib, ictimailəşdirib  beynəlxalq təşkilatlara göndəriblər".

 

Hüquq müdafiəçisi məlum siyahının qruplara bölünməsi məsələsinə də mövqe bildirib: 

“Qeyd edilən 93 nəfərlik siyahı 7 qrupa bölünüb. Orada jurnalistlər və blogerlər daxil edilən qrup var. Mənə deyin, hansı jurnalistin həbsi siyasi motivlidir. Müəyyən jurnalistlər var ki, onların rüşvət, hədə-qorxu tətbiq etməklə əsaslanıdırılmış  ittihamları var, bəzilərinin hələ məhkəməsi olmayıb,  istintaq gedir, hansı nəticəyə gəlinəcəyi bilinmir, amma bu şəxslər jurnalistdir deyə dərhal siyahıya  salınır.

 

İkinci qrupa isə müxalifət partiya və hərəkatlarının üzvlərini daxil ediblər. Azərbaycanda çox sayda, o cümlədən müxalif partiyalar var. Hər bir partiyanın 5-15 min üzvü var. Onların arasında bir nəfər əgər cinayət törədəcəksə, biz onu siyasiləşdirməli, siyasi məhbus deyə onu müzakirə edib, gündəliyə gətirməliyikmi?

 

3-cü qrupda isə Almaniyadan deportasiya olunan siyasi mühacirlər olduğu qeyd olunub. Almaniyadan insanların deportasiya olunması Azərbaycanın işi deyil. Almaniyanın özü müəyyən adlar  altında ölkəyə sığınmış şəxsləri öz ölkələrindən deportasiya ediblər və bunların içərisində əgər cinayət törədənlər saxlanılıbsa, buna siyasi məhbus adı vermək olmaz.

 

Dindarla bağlı da məsələ aydındır. İranın Azərbaycandakı tör-töküntülərini, onların məshəbini, ideyalarını ölkəmizdə genişləndirmək, Azərbaycan vətəndaşlarını bu təriqətlərin, İranın təsiri altına salmaq istəyənlər var. Bu baxımdan, biz bu məsələlərdə çox ehtiyatlı davranırıq və hər həbs olunan  dindarı da siyasi məhbus kimi gündəliyə gətirmək məqsədəuyğun deyil.

 

Tərtər işi üzrə həbs olunanlar barəsində. Burada siyasi deyil, vəzifəli şəxslərin cinayət törətməsindən söhbət gedir. İstintaq orqanlarının, prokurorluq və digər qurumların,  məhkəmə orqanlarının, tibbi ekspertlərin, bu işdə müəyyən marağı olaraq hökm çıxardan, istintaq aparan orqanların,əməkdaşların günahından söhbət gedir. Ölkə başçısını aldadıb, saxta  rəylər, məlumatlar veriblər və müəyyən insanları həbs etməklə özlərinin guya dövlətə və Prezidentə sadiqliyini nümayiş etdirməyə çalışıblar. Bu baxımdan, o şəxslərin  azad olunması istiqamətində çalışırıq. Adlarını siyahıya  salmışıq və hər dəfə bu məsələ ilə bağlı Baş Prokurorluq tərəfdən müsbət  qərar qəbul edildikdən sonra onların bir çoxunun  işinə xitam verilib, bir çoxları artıq bəraət alıblar və sairə. Bu proses gedir, biz Baş Prokurorluğun bu addımını alqışlayırıq.

 

Digər 6-cı qrupa aid edilənlər Gəncə işi üzrə məhkumlar barəsindədir. Gəncədə  baş verən hadisələri bilirik və  bu hadisələr zamanı əgər təsadüfən kimsə həbs olunub, tutulubsa onlardan da bizə müraciət edənlər var, biz onları araşdırırıq və bizim  də müəyyən məsələlərdə onların azad olunması ilə bağlı təkliflərimiz var, amma onların hamısını siyasi məhbus deyə siyahıya salmaq doğru deyil.

 

7-ci qrupa isə ömürlük azadlıqdan məhrum edilənlər daxil edilib. Onlar əslində siyasi proseslərdə tutulsalar da, cinayət ediblər. Bununla bağlı 93-cü ilin qiyam hadisəsi, həmçinin 94-cü il və digər hadisələr var. Biz onların da bəzilərinin cəzanın törədilən əmələ adekvat olmadığını bilirik və bununla  bağlı da müraciətlərimiz var və belə hesab edirəm ki, növbəti əfv fərmanında cənab Prezident yəqin ki, bu istiqamətdə bizim də xahişlərimizi nəzərə alacaq.

 

Lakin bir daha qeyd edirəm, bizim məhkəmə və istintaq zamanı prosessual hüquqları pozulan şəxslərin bizdə olan siyahısı təxminən 30 nəfərdir və hesab edirəm ki, 93 nəfərli siyahı şişirdilmiş siyahıdır, Avropa institutlarından qrant almaq məqsədi daşıyır və Azərbaycan siyasi hakimiyyətinə qərəz nümayiş etdirən şəxslərin qərəzlərinin məhz bu formada ifadəsidir". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...