“Paşinyan məhbusları Qarabağa göndərib”

09:40 05-04-2023 | icon 336 | Geopolitika
“Paşinyan məhbusları Qarabağa göndərib”

Ağasəf İmran: “Ərazilərimizdə Ermənistan üçün erməni rezervasiyası həbsxanası niyə saxlamalıyıq”

 

“Öz xislətinə sadiq qalan Paşinyan, hazırda yenə də, həbsxanalarda cəza çəkməli olan kriminal erməniləri Rusiya “sülhməramlı”ları vasitəsilə Qarabağa mülki vətəndaş və ya polis qismində yerləşdirməklə məşğuldur. Beləliklə, Paşinyan hökuməti Azərbaycan ərazisində özü üçün erməni həbs düşərgəsi yaratmaqla gərginliyi saxlayır. Bu, həm də Rusiyanın maraqlarına uyğundur deyə bütün neqativliklərə göz yumulur”.

 

Versus.az xəbər verir ki, bunu  iqtisadçi alim, siyasi təhlilçi Ağasəf İmran son vaxtlar Ermənistan-Paşinyan hökumətinin Qarabağda apardığı təxribatçı oyunlar və nəhayət problemin birdəfəlik çözülməsinə yönəlik təkliflərlə çıxışı zamanı bildirib. 

 

Onun sözlərinə görə, əgər monitorinq keçirilərsə, Qarabağdakı ermənilərin 80%-nin bu kriminal ermənilər olduğu aşkar olar. Ekspert digər bir tərəfdən hesab edir ki, 1988-ci ildə “miatsum” deyə bağıran ermənilər özləri də Azərbaycan dövlətinə qarşı çıxış etdikləri üçün kriminal ünsürlərə çevriliblər və doğulduqları vətənə xəyanət etdikləri üçün cinayətkarlara çevrilmişlər.

 

A.İmran belə olan halda, “Azərbaycan dövləti öz ərazisində canilər yuvası - Ermənistan dövləti üçün erməni rezervasiyası həbsxanası niyə saxlamalıdır”-sualını beynəlxalq ictimaiyyət qarşısında qəti şəkildə qoymalı, eyni zamanda lazımı addımlarını atmalıdır:

 

“Ermənistanda Nikol Paşinyan “demokratiya” dalğasında hakimiyyətə gətirildi. Onun hakimiyyəti ərzində Ermənistanda demokratiya bərpa edilibmi? Əlbəttə yox! Əksinə, repressiv əməliyyatlar çoxalıb və əvvəlki az-çox demokratiyadan əsər-əlamət qalmayıb! Bəs Ermənistan əhalisinin – orada yaşayan ermənilərin “Paşinyan sevgisi” nə ilə bağlıdır? Əksər siyasətçilərin, xüsusilə də Rusiyada yaşayan erməni əsilli “siyasətçilərin” səfeh və gic hesab etdikləri Paşinyan nə üçün ermənilər tərəfindən “sevilir”? Müharibəni uduzmuş bir rəhbərin öz postunda saxlanılmasının səbəbi nədir? Sözsüz ki, səbəblər çox  və müxtəlifdir. Burada başlıca səbəbləri axtarmaq daha doğru olar. Bu başlıca səbəblərdən birincisi, onun, guya Avropa yönümlü siyasət yeritməsi və Rusiya təsirindən çıxmağa çalışmasıdır! Bu amili hamı görür və bilir. İkinci başlıca amil isə, çox həssaslıqla gizlədilən, yalnız erməni xislətinə xas olan bicliklə həyata keçirilən “tədbirlərdir”! Bu amil nədir? 

Paşinyan əməllərinin təhlilindən üzə çıxır. Belə ki, o, hakimiyyətə gələn kimi, Ermənistan həbsxanalarında cəza çəkən məhbusları orduya cəlb etmək yolu ilə “azad etdi” və Azərbaycan ərazisinə - Qarabağa göndərdi. Bir qədər sonra isə, bununla kifayətlənməyib Rusiya həbsxanalarında cəza çəkən cinayətkar erməniləri   də bu yolla “azadlığa” çıxararaq, onları da Qarabağa göndərdi. Paşinyan, bu xəlvəti “əməliyyatı” sayəsində, kriminal ünsürlərin “azadlığa” çıxartmaqla minlərlə erməni ailəsini sevindirdi və əhali arasında öz reytinqini xeyli yüksəltdi. Bəlkə də,  məhz bu səbəbdən, 2020-ci ildəki 44 günlük Qarabağ savaşında ağır məğlubiyyətlə üzləşən Paşinyan, Ermənistanda öz hakimiyyətini qoruyub saxlaya bildi”.

 

A.İmran bir daha bəyan edib ki, heç bir dövlət, heç bir beynəlxalq təşkilat öz ərazisində belə əməllərə razı ola bilməz və o cümlədən, Azərbaycan hökuməti də. Onun fikrincə, çıxış yolu Qarabağdakı bütün erməniləri Ermənistana köçürməkdir: 

 

“Bunun üçün hüquqi əsas var. Çünki, o ərazilərdə  Qarabağ ermənisi qalmayıb. Tarix boyu belə köçürmələr olmuşdur və indi də ola bilər. Bu əməliyyatı “ermənilərin deportasiyası” kimi yox, azərbaycanlı əhali ilə erməni əhalisinin bir qisminin yerdəyişməsi kimi hesab etmək olar. Onlar Ermənistandan qovulmuş 700 mindən çox azərbaycanlıların qoyub gəldikləri məskənlərdə rahatca yerləşdirilə bilərlər! Cənubi Qafqazda gərginlik ocağına çevrilmiş, 100 ildən çox davam edən “Qarabağ problemi”nin belə həlli, daha ədalətli olar və yalnız bu yolla regionda sülh əldə edilə bilər.

Hesab edirəm ki, belə qarşılıqlı köçürmə  BMT səviyyəsində müzakirə edilib həll edilə bilər və bu yolla Ermənistan - Azərbaycan qarşıdurmasına son qoyular.

Ermənistanın həyata keçirdiyi- “türk yoxdur - problem yoxdur!”- məntiqi ilə yanaşsaq, biz bu problemi ”erməni yoxdur – problem də yoxdur”-kimi ortaya qoya bilərik. Bu isə, müharibə yoludur. Azərbaycanlıların son nəfərinə kimi Ermənistandan qovulmasını və qətllərini nəzərdə tutub - “sənə olar - mənə olmaz?!”-sualını vermək kifayətdir ki, Qarabağdakı tör-tökentüləri süpürüb ataq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI