“Fransa haqqın yanında olmağı bacarmayan dövlətdir”

16:06 13-04-2023 | icon 201 | Siyasət
“Fransa haqqın yanında olmağı bacarmayan dövlətdir”

Çingiz Qənizadə: "Həqiqətə söykənməyən cılız bəyanatlar sadəcə kağız parçasıdır"

 

 Fransa Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalançı və əsassız məqamların əks olunduğu bəyanat yayıb. Azərbaycanı özlərinin udurduğu “Ermənistanın ərazi bütövlüyünə” hörmət etməyə və silahlı qüvələrimizin guya Ermənistan ərazisinə keçdiyini iddia edrək, geri çəkilməyə çağıran Fransa yenə də sərsəmləyib. Fransa nəyin dərdindədir və bu cür davranışları ilə regionda nəyə nail olmağa çalışır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Fransanın indiki siyasi hakimiyyəti beynəlxalq hüquq normalarını, haqq-ədaləti görməzdən gələrək birmənalı olaraq işğalçı Ermənistanın mövqeyini müdafiə etməkdə davam edir.

 

30 ildir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, viran qoyması, soyqırımlar törətməsi ilə bağlı faktların ortada olduğunu bildirən Ç.Qənizadə, erməni cinayətlərini görməzdən gəlib, bu illər ərzində bir dəfə də olsun Ermənistana etirazını bildirməyən, işğala görə onu qınamayan bir dövlətin bu gün də ermənidən betər ermənilik etməsinə təəssüf edib:

 

“Fransa haqqın yanında olmağı bacarmayan bir dövlətdir. Fransa indi də ənənəvi olaraq özünün ampluasındadır. Həm 44 günlük müharibədə, həm də ondan sonrakı dövrlərdə dəfələrlə Fransa parlamenti, XİN-i tərəfindən bu cür əsassız bəyanatlar verilib. Bu da məlumdur ki, bu cür həqiqətə söykənməyən, yalan, cılız bəyanatlar sadəcə kağız parçasıdır və Fransa Xarici İşlər Nazirliyinin aprelin 11-də heç bir fakta söykənmədən tələm- tələsik belə bir bəyanat verməsi bu ölkənin qərəzini bir daha sübut edir”.

 

Hüquq müdfiəçisi Avropanın mərkəzində olan, Avropa dəyərlərindən, Avropa insan haqlarından, Avropanın qəbul etdiyi beynəlxalq hüquq normalarından dəm vuran Fransanın Ermənistan-Azərbaycan münasibətlərində bu dəyərlərdən kənarda olmasına, işğalçıya dəstək verməsini qınadı:

 

“Fransa indi də silahlı separatçıların başqasının torpaqlarından çıxmasına, sərhədlərin delimitasiyasına, demorkasiyasına, sülh müqaviləsinin bağlanmasına çağırışlar etməkdənsə  Azərbaycan əleyhinə faktlara söykənməyən bəyanatlar verməklə məşğuldur”. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI