Fransa bəyanatla hansı niyyətini bəyan etdi?
Vüqar Dadaşov: “Bu dövlətlərin türk dünyasına qarşı bir səngərdən çıxış etməsi heç də gözlənilməz deyil”
Fransa XİN-nin 12 apreldə yaydığı bəyanat reallığa uyğun olmayan, tamamiilə Azərbaycana qarşı ittiham dolu və Ermənistanı defakto müttəfiqlik səviyyəsində dəstəkləyən bəyanatdır.
Versus.az xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov Fransanın Azərbaycanla bağlı yaydığı bəyanatla bağlı şərhində bildirib.
V.Dadaşov qeyd edib ki, 11 apreldə Ermənistanın Azərbaycanla sərhəddə Laçın rayonu istiqamiqamətində faktiki hücum cəhdinin Azərbaycan Ordusu tərəfindən qarşısının alınması və layiqincə cəzalandırması Ermənistandan daha çox onu bu avantüraya hazırlayan İrana, Rusiyaya, Fransaya daha çox təsir edib:
“Bu üçlükdə İran Azərbaycanla münasibətləri təkzibedilməz sübutlar qarşısında susqunluq nümayiş etdirsə də, Rusiya və Fransa isə Ermənistanın bu təxribatında faktiki iştirakını təsfiqləyən bəyanatlarla və açıqlamalarla çıxış etdi”.
V.Dadaşov Azərbaycan XİN-in Fransanın bu növbəti qərəzli və tərəfkeş bəyanatına bildirdiyi mövqeyə diqqət çəkib:
Fransanın belə bir ənənəvi mövqedən çıxış edəcəyi gözlənilən idi və Azərbaycan üçün heç bir əhəmiyyət daşımır, yükə malik deyil. Fransanın Azərbaycana qarşı dəyişməz mövqeyinin əsasında böyük geosiyasi maraqları və türk etnosuna qarşı İranla bərabər genetik forma almış düşmənçilik və nifrətdən qaynaqlanır.
Əsl həqiqətdə isə Makron hakimiyyətinin Azərbaycana, Türkiyəyə qarşı ümumən dağıdıcı siyasi xətti Fransanın heç də dövlət maraqlarına uyğun deyil. Ancaq çox təssüf ki, Fransa kimi bir dövlət Makron şıltaqlığının, səriştəsizliyinin girovuna çevrilib hərçənd ki, Fransa bütün dövrlərdə Ermənistan yönümlü mövqeyi ilə həmişə seçilib, ancaq müəyyən mənada tərəflərə münasibətdə diplomatik qaydalara uyğun olaraq öz qərəzini maskalanmağa çalışıb. Makron adminstrasiyası isə Azərbaycana qarşı tamamilə açıq qərəzini nümayiş etdirir. Əlbəttə Makron Fransa tarixi üçün ən utandırıcı prezident kimi BMT TŞ-nın daimi üzvü Fransanın beynəlxalq nüfuzuna xələl gətirir. Makron həm də iqtisadi sosial baxımdan da ölkəsini acınacaqlı vəziyyətə gətirib. Mə”hz buna görə də Fransada etirazlar sistematik xarakter alıb. Ən maraqlı faktlardan da biri də budur ki, Makron dünya liderləri içində şəxsinə ən çox hücum, təhqir görən biridir”.
Ekspert bildirib ki, Fransanın Aİ-nın mülki missiya adı altında Ermənistanda ümumən regiona təsir edə biləcək planlar həyata keçirmək niyyətindədir:
"Fransanın niyyəti nəticə etibarı ilə regionda İran - Türkiyə və hətta Rusiya -Türkiyə hərbi qarşıdurmasına nail olmaqdır. Təbii ki, Azərbaycanın güclənməsi ilə Türkiyə ilə hərbi müttəfiqliyi nəinki regionda, dünyada Türkiyə və Azərbaycan birliyini nüfuzlu söz sahibinə çevrilməsi daimi və dəyişməz tarixi düşmənlərin maraqlarına uyğun ola bilməz. Ona görə də Rusiya, İran və eləcə də Fransanın türk dünyasına qarşı bir səngərdən çıxış etməsi heç də gözlənilməz deyil”.
LƏMAN
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"