Bayaraq yandıran üzsüz sima-erməni

01:25 16-04-2023 | icon 216 | Geopolitika
Bayaraq yandıran üzsüz sima-erməni

 

 

 

 

“Ermənilərin törətdiyi bu aksiya  çox çirkin, iyrənc bir hadisədir. Buna heç cür bəraət qazandırmaq olmaz”.

 

Versus.az xəbər verir ki, bunu  politoloq Tofiq Abbasov erməni vandallarının dünyanın gözü qarşısında heç bir beynəlxalq hüquq normalarını, tələblərini saya salmadan Azərbaycan bayrağını yandırmaları faktı ilə bağlı açıqlamasında bildiriub.

 

O, qeyd edib ki, hadisə düşünülmüş şəkildə həyata keçirilən antiazərbaycan, düşmən mövqeli bir cinayətdir. Bu hadisənin Paşinyanın ailəsinə yaxın olan bir vandal tərəfindən törədilməsi isə prosesin erməni siyasi hakimiyyəti tərəfindən idarə olunduğunu ifadə edir.

 

T.Abbasov qeyd edib ki, həmişə dünya birliyində belə hərəkətlərə qarşı münasbət mənfi olub.

 

“Düzdür, Ağır Atletika Beynəlxalq Federasiyası artıq bu hadisəni ciddi şəkildə qınayıb. Paşinyan özü də sərəncam verib ki, həmin adam işdən kənarlaşdırılsın, psixoloji təsirlər göstərilir. Bu təşkilatçılara utanc gətirən bir məsələdir. Bununla belə Ermənistana ciddi cəzaların tətbiq edilməsinı inanmıram”.

 

 

T.Abbasov tarixi faktlara, eləcə də sovet illərində Ermənistanda yaşayan azərbaycanlılara qarşı belə dəhşətli təzyiqlərin, zorakılıqların tətbiq olunmasına diqqət çəkib. O, bildirib ki, milisin, ictimai təşkilatların, müəssisələr azərbaycanlılara divan tutsa da, onara  “gözün üstə qaşın var” deyən olmurdu.

 

“Erməni vəhşiliyi və onların hər zaman müdafiə olunması Azərbayacan xalqına, bizə yaxşı bəllidir. Hələ 1986-cı ildə azərbaycanlılara qarşı başlayan erməni vandalizm hadisələri zamanı artıq Gorus, Qafan rayonlarında yaşayan camaatımız öz evlərindən didərgin salınırdı. Ermənilər soydaşlarımıza qarşı yolverilməz hərəkətlər tətbiq edirdilər. Biz bu məsələləri bilirdik, diqqətimizdə idi. Amma çox təəssüf ki, o dövrdə Azərbaycanın siyasi rəhbərləri, bu məsələdə heç vaxt prinsipial mövqe tutmurdular. Bizim rəhbərlərimiz erməni cinayətlərini ört-basdır edirdilər.  “Səsiniz çıxmasın, sonra problem yaranar”- deyə insanları susdururdular. Amma Ermənistanda bir ermıninin burnu qanıyan kimi aləmi bir-birinə qatırdılar”. 

 

T.Abbasov ermənilərin Azərbaycana qarşı bəslədiyi nifrət, revanşizm, terror, soyqırım hadisələrinin bu gün bayrağımızın yandırılması ilə bir daha dünyaya nümayiş olundu.  Onun sözlərinə görə, bütün hallarda bayrağı yandıran, ona dəstək verənlər, bu hadisədən ləzzət alanlar da hamısı çox zəif insanlardır.

 

“Bu ermənilər artıq yararsızlıq kompleksini yaşayıblar və bizim möhtəşəm qələbəmiz bunları həm də psixoloji cəhətdən yerə vurub. Bunlar əlacsızlıqdan belə vandallığa əl atıb, guya bununla özlərinə dvident qazanacaqlarını düşünürlər. Amma hansı dvideti qazanacaqlar?!.  Heç bir”.

 

T.Abbasov bildirib ki, ermənilərin hər zaman özlərini tərifləyərək, yüksək mədəniyyətə malik olmaları ilə bağlı dünyaya ötürdükləri mesajların bir daha sabun köpüyü olduğu ortaya çıxdı.

 

“Ermənilər svilizasiyanın inkişafına böyük pay verdiyini deyir. Amma bunlar hamısı təsdiqi olmayan yanaşmalar, populist çıxışlardır. Son bu hadisə və bir necə gün əvvəl Azərbaycan əsgərlərinin təsadüf halında ermənilərə əsir düşməsi zamanı onların o əsgərimizə qarşı sərgilədiyi vəhşilik, vandllıq, barbarlıq onların nə dərəcədə svilizasiyaya yaxın olduğunu bariz nümayiş etdirdi. Svilizasiya özündə inkişaf meyillərini, yüksək mədəniyyət və etika -estetikanı ehtiva edirsə, erməni onlardan çox uzaqdır. Humanistlik, insdanlıəq ermənilərdən yan keçib. Ermənilər bu hərəkəti ilə bir daha insanlıqdan çox uzaq olduğunu göstərdi”.

 

Politoloq hesab edir ki,  beynəlxalq təsisatlar buna sərt münasibət bildirməlidir.

 

Onun sözlərinə görə, Azərbaycan bundan sonra ermənilərlə davranışımızı təmaslarımzı minimuma endirməliyik.

“Biz humanistlik etdikcə, ermənilərin vəhşiliyini görürük”.

 

 

T.Abbasov hesab edir ki, burda təsadüfi heç nə yoxdur. Bu fakt bir daha ermənilərin vandallığının, vəhşiliyinin göstəricisidir. Onun fikrincə, dünya birliyi bilməlidir ki, zarıya-zarıya onlardan kömək istəyən, quyruq bulayan  ermənilərin xisləti budur və bu toplum bəşəriyyətə bir ləkədir.

 

“Bu vandallar heç vaxt özlərinə arxayın olmayıblar və özgə güclərin vastəsi ilə türkə- Azərbaycana, Türkiyəyə qarşı daim təzyiq göstərib, onları küncə sıxışdırmaq üçün əllərindən gələn pisliyi ediblər. Təbii ki, erməni o gücdə deyil ki, türkə təsir edə bilsin.  Lakin biz bu faktların üzərində dayanaraq beynəlxlq təşkilartlarla işləməli, Ermənistanın dünya qarşısında nümayiş etdirdiyi pis üzünü bir daha tanıtmalıyıq. Biz bu məsələni olduğu kimi bütün diqqətlərə çatdırıb, məsələnin üzərində dayanmalıyıq. Beynəlxalq qurumlar Ermənistanın bu cinayətinə qarşı özünün sərt reaksiyanı verməlidir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI