ABŞ-da görüş hazırlıqları
Natiq Cəfərli: "Rusiya problemin həllində maraqlı deyil və ABŞ-ın yenidən müəyyən vasitəçilik fəaliyyəti bərpa olunub"
"Qafqaz canişinin" Bakıya gözlənilməz səfəri Azərbaycana hansı təklifləri vəd edir. Nəzərə alsaq ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bir ay əvvəl Bakıda, daha sonra Ermənistana səfər edərək, orada verdiyi müsahibədə “Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir” demişdi. Görəsən, dilinin altından nə çıxaracaq? Növbəti danışıqlar ABŞ-da baş tuta bilərmi?
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Natiq Cədərli bildirib ki, ABŞ Cənubi Qafqazda, o cümlədən Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda keçirilən sülh danışıqlarında daim iştirak edib.
Onun sözlərinə görə, Amerika bu bölgədə problemin həllindən kənarda qalmayıb:
“Son zamanlar görünən odur ki, Rusiya problemin həllində maraqlı deyil və ABŞ-ın yenidən müəyyən vasitəçilik fəaliyyəti bərpa olunub. Erməni mətbuatı yazırdı ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında may ayında Vaşinqton görüşü ola bilər. Yəqin ki, son Amerikadan gələn zənglər, səfərlər, bölgəmizdə Amerikanın yüksək rütbəli məmurlarının səfərləri də bununla bağlıdır. Ola bilər ki ABŞ-da bu görüşün baş tutması üçün müəyyən hazırlıqlar gedir”.
LƏMAN
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"