“Bütün məktəblərdə həyəcan düyməsi var”

12:59 26-04-2023 | icon 303 | Təhsil
“Bütün məktəblərdə həyəcan düyməsi var”

“Azərbaycanda həm xüsusi mühafizə olunan, həm polis tərəfindən mühafizə edilən məktəblər var”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bütün məktəblərə ən azı həyəcan düyməsi yerləşdirilib:

“Bu istiqamətdə müvafiq təlimlər də keçirilir”.

 

Nazir xatırladıb ki, təhlükəsizlik baxımından ən uğurlu layihə “Məktəblinin dostu”dur:

“Artıq 100-dən artıq məktəbdə bu layihə icra olunur. Onu da qeyd edim ki, bir müddət əvvəl məktəbdə qidalanma ilə bağlı hadisədə ilk müdaxiləni direktorla yanaşı məhz “Məktəblinin dostu” etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyona yaxın şagird təhsil alır. Belə olan halda da məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq. Bu yolla gələcəkdə bu kimi halların qarşısını almaq üçün necə addımlar atmalı olduğumuzu bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI