“Ermənistanın KTMT-yə razılığı öz əleyhinə işləyəcək”
Xəbər verildiyi kimi, Nikol Paşinyan Ermənistanın KTMT missiyasını ərazisində yerləşdirməyə hazır olduğunu açıqlayıb. Paşinyan bildirib ki, İrəvan artıq narahatlığının və ya istəyinin dairəsini açıqlayıb. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. KTMT-yə qoşulmağa razılıq verən Ermənistan nəyə ümid edir və bu reallaşarsa regiona nə vəd edə bilər?
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Versus.az-a bildirib ki, KTMT-nin Ermənistanda yerləşdirilməsi ilə bağlı hökumət başçısının razılığı Avropa Missiyasının etimadı doğrultmaması ilə bağlıdır. Onun fikrincə, Avropa İttifaqı Ermənistan avantürasının aləti olmadı.
Ekspert Rusiyanın da KTMT qüvvələrini Azərbaycan Ermənistan sərhəddinə yerləşdirməyə çalışdığını qeyd edib.
O, bildirib ki, Ermənistanın KTMT-yə razılığı öz əleyhinə işləyəcək.
“Bütün hallarda KTMT-nin sərhəddə gəlişi heç də Azərbaycanın apardığı proseslərin qarşısını almaq iqtidarında olmayacaq. Həmçinin, bu təşkilatın üzvləri Azərbaycanla münasibətləri korlamayacaq. Sadəcə olaraq Rusiya buradakı qüvvələrdən istifadə edib Nikol Paşinyana ciddi təzyiq edəcək”.
Nikol Paşinyan nə danışdığını, nəyə qərar verdiyini anlamadığını deyən M.Əsədullazadə 2 gün ərzində sülh prosesində maraqlı olmadığına diqqət çəkib.
“Paşinyan dünən açıqlama verir ki, mən Azərbaycanla sülh müqaviləsinə hazıram, bu gün isə deyir ki, “sülh şərt deyil”. Göründüyü kimi Ermənistan siyasəti eskolasiyaya getmək, prosesləri tormuzlamaqla məşğuldur. Əgər erməni baş nazirin müstəqil siyasət yürüdə bilmədiyini nəzərə alsaq, KTMT ilə bağlı olan fikri də dəyişə bilər”.
Ekspert bütün hallarda KTMT-nin Ermənistanın istədiyi kimi fəaliyyət göstərməyəcəyini deyib.
“KTMT Azərbaycana qarşı çıxmayacaq və sonda Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayacaq”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"