Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək

19:18 30-04-2024 | icon 179 | Cəmiyyət
Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək

Bakıda Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək.

 

Versus.Az xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək görüş “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusuna həsr olunacaq.

 

III Zirvə görüşündə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxış edəcək.

 

 

“The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvinin moderatorluğu ilə keçəcək forumda iştirak edən beynəlxalq təşkilat rəhbərləri və nümayəndələrinin proqram üzrə çıxışları nəzərdə tutulub.

 

Qeyd edək ki, 1-3 may tarixlərini əhatə edəcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizmin birgə tərəfdaşlığı ilə keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq