Kolumbiyada möcüzə

23:15 12-06-2023 | icon 246 | Maraqlı
Kolumbiyada möcüzə

Kolumbiyada mayın 1-də qəzaya uğramış təyyarədəki uşaqlar sağ tapılıblar.

 

Bu barədə Kolumbiya Respublikasının Prezidenti Qustavo Petro məlumat verib.

 

“Bu, bütün ölkə üçün sevincli bir xəbərdir. 40 gün əvvəl Kolumbiya cəngəlliyində yoxa çıxan 4 uşaq sağ vəziyyətdə tapılıblar”, - deyə o, bildirib.

 

Uşaqlar susuzluqdan və həşərat sancmalarından əziyyət çəkiblər.

 

13 yaşlı Lesli Yakobomber Mukutui, doqquz yaşlı Solaney Yakobomber Mukutui, dörd yaşlı Tien Noriel Ronoke Mukutui və 11 yaşlı Kristin Neriman Ranoke Mukutui uitoto yerli icmasının üzvləridir. Yaxınlarının dediyinə görə, böyük uşaqlar vəhşi təbiətdə yaşamaq qaydalarına yaxşı bələddirlər və axtarış-xilasetmə qrupları gələnə qədər onlara tab gətirməyə kömək edən də yəqin bu bacarıqları olub.

 

Bundan əvvəl, mayın 29-da kolumbiyalı xilasedicilər cəngəllikdə itkin düşən uşaqların ayaq izlərinə və dişləmə izləri olan meyvə parçalarına rast gəlmişdilər.

 

Qeyd edək ki, mayın 1-də baş verən qəza zamanı təyyarədə olan pilot da daxil olmaqla üç yetkin həlak olub. Onların cəsədləri mayın 16-da cəngəllikdə tapılıb.

 

Xatırladaq ki, hadisədən iki həftə sonra Prezident Qustavo Petro özünün “Twittter” hesabından uşaqların tapıldığını yazmışdı, lakin xəbər təsdiqini tapmadığı üçün paylaşımını sildi.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI