Nəyə görə çox insan ad günündə vəfat edir?

23:15 16-06-2023 | icon 252 | Maraqlı
Nəyə görə çox insan ad günündə vəfat edir?

İnsanın doğum günündə həm də yüksək ölüm riski mövcuddur.

 
 
Bu nəzəriyyəni amerikalı tədqiqatçılar dəstəkləyib. Alimlər doğum günündə ölüm statistikasının niyə artdığını araşdırıb.
 
 
Doğum günlərində insanlar adi iş, həyat rejimindən yayınmağa və fərqli davranmağa başlayır.
 
 
Belə ki, ad gününün qeyd olunmasını müşayiət edən məclislərdə hansısa qəzanın baş vermə ehtimalı kəskin şəkildə artır. Bir qayda olaraq, alkoqol və psixoaktiv maddələrdən sui-istifadə bu cür hadisələri tətikləyir.
 
 
Bundan başqa, ad günlərində intiharların sayı artır. Tədqiqatın müəllifləri izah edirlər ki, depressiyanın kəskinləşməsi səbəbindən intihara meyllər artır. İllər keçdikcə mənəvi sıxıntı nəticəsində insanlar illüziyalarını itirir və həyatı gəncliklərindəki kimi enerjili görmürlər.
 
 
Mütəxəssislər 14 yaşdan yuxarı 25 milyon insanın ölümü ilə bağlı məlumatların öyrənilməsi nəticəsində oxşar nəticələrə gəliblər. Onlardan 70 mindən çoxu (73 266) öz ad günündə dünyasını dəyişib.
 
 
Bu rəqəm ekspertləri təəccübləndirib, belə ki, “gözləniləndən demək olar ki, yeddi faiz çox idi”.
Qeyd edək ki, daha əvvəl Sürix Universitetinin (İsveçrə) alimləri qocalıqda ad günlərinin qeyd edilməsinin insan sağlamlığı üçün dözülməz bir yük ola biləcəyini irəli sürüblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI