Daxmanı xatırladan məktəb

14:15 17-07-2023 | icon 374 | Təhsil
Daxmanı xatırladan məktəb

Goranboy rayonunda məktəb qəzalı vəziyyətə düşüb.

 

Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan rayonun Boluslu kənd tam orta məktəbində oxumalarından ciddi narahatdırlar.

 

 

Belə ki, onlara məktəbin təmir olunacağı bildirilsə də, heç bir addım atılmayıb. 

 

Daxmanı xatırladan tikilinin içərisi də acınacaqlı vəziyyətdədir və təhlükə saçır.

 

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

 

 

İdarədən bildirildi ki, ümumtəhsil məktəblərinin təmir və tikintisi növbəlilik əsasında həyata keçirilir:

 

“Goranboy rayon Boluslu kənd tam orta məktəbinə baxış keçirilib. O, qəzalı məktəblər siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılacağı zaman müvafiq tədbirin həyata keçiriləcəyi gözlənilir”.

 

 

Qeyd edək ki, Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir. /Oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da