Emin Engelberti Bakıya gətirdi
Məşhur müğənni Engelbert Humperdink 11 ildən sonra Bakıya gəlib.
Versus.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun dəvəti ilə paytaxtımıza gələn ifaçı “Ulduzlar xiyabanı”nının açılışında iştirak edib.
Ağalarov qırmızı xalıda Humperdinki, media nümayəndələrini və qonaqları salamlayaraq “Ulduzlar xiyabanı” ilə bağlı məlumat verib. O bildirib ki, bu məkan Azərbaycanda və bütün dünyada görkəmli və məşhur müğənnilərə, musiqiçilərə, aktyorlara və rəssamlara həsr olunmuş ilk abidə olacaq.
Emin sözügedən məkanda ulduzlara fərdi avtoqraflar təqdim ediləcəyini əlavə edib. Xiyabanın ilk məşhuru isə əfsanəvi Engelbert Humperdink olub. Açılış mərasimindən sonra Emin Ağalarov və Engelbert Humperdink jurnalistlərin suallarını cavablandırıblar.
Engelbert Bakıda olmaqdan qürur duyduğunu bildirib:
"Azərbaycan kimi məmləkətdə olmağımdan çox şad və bəxtiyaram. Bakını çox sevirəm. Burada özümü əla hiss edirəm. Əhvalım da yaxşıdır. Eminin ideyası olan "Ulduzlar xiyabanı"nda ilk mənim adımın həkk olunmasından isə qürur duyuram".
Uzun illərdir E. Humperdink ilə dostluq etdiyini söyləyən E.Ağalarov sabah verəcəyi konsertdə 87 yaşlı həmkarı ilə bir səhnəni bölüşəcəyini və birgə duet oxuyacağını açıqlayıb:
"Engelbertdən xahiş etdim ki, yenidən Bakıya gəlib konsertimdə iştirak etsin və mənimlə eyni səhnədə mahnı ifa etsin. O da məmnuniyyətlə bu təklifimi qəbul etdi. Amma dedi ki, “mənə buna görə 1 dollar pul verməlisən”. Mən də həmin 1 dolları cibimdən çıxardıb üstünə imza çəkdim".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"