Rusiya Ukrayna ilə “taxıl sazişini” uzatmadıqdan sonra...TƏHLİL 

12:08 31-07-2023 | icon 318 | Geopolitika
Rusiya Ukrayna ilə “taxıl sazişini” uzatmadıqdan sonra...TƏHLİL 
 
 
 
Rusiya Ukrayna ilə “taxıl sazişini” uzatmadıqdan sonra beynəlxalq münasibətlərdə yeni gərginlik ocağı yaranıb. Rusiya prezidenti Vladimir Putin “taxıl sazişinin” imzalanmasında əsas rol oynayan iki əsas vasitəçini – Birləşmiş Millətlər Təşkilatını və Türkiyəni pis vəziyyətdə qoyub. Putin bu mövzuda BMT baş katibi Antonio Quterreş və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla müzakirəni davam etdirmək istəmir.
 
Versus.az "Atlas" Araşdırmalar Mərkəzinin bu isiqamətdə apardığı təhlilləri diqqətinizə təqdim edir:
 
-Rusiyanın “taxıl sazişindən” çıxması Afrika ölkələrinə mənfi təsir edib. Ukrayna taxılı bu ölkələrin bir qisminə çatdırılırdı. Rusiya “taxıl sazişindən” çıxmaqla Ukraynaya öz taxılını müxtəlif ölkələrə, o cümlədən Afrika qitəsinə çatdırmasının qarşısını alıb. Rusiya taxılı daşımaq məqsədilə Ukrayna limanlarına yaxınlaşan gəmiləri hədəf götürüb. Rusiya bundan başqa taxılın toplandığı Ukrayna limanlarına zərbələr endirib.
Kreml eyni zamanda anlayır ki, Qara dəniz üzərindən taxılın daşınmasına yaratdığı əngəl Rusiyanın Afrika ölkələri ilə münasibətlərinə mənfi təsir edir. Kreml sahibi Vladimir Putin münasibətlərin normallaşması məqsədilə Sankt-Peterburqda “Rusiya-Afrika” sammitinin keçirilməsinə qərar verdi. Toplantıya bir sıra Afrika ölkəsinin lideri qatıldı. Putin toplantıdakı çıxşında günahı həmişəki kimi Qərbin üzərinə atdı. Putinin məntiqinə görə, Rusiya taxılının Qara dəniz üzərindən Afrika ölkələrinə çatdırılmasını Qərb ölkələri əngəlləyirlər. Halbuki, Rusiya Ukraynanın Qara dəniz limanlarına zərbələr endirdiyinə görə bölgədə ümumilikdə gəmilərin hərəkəti məhdudlaşıb.
 
 
Putinin çıxışından o da aydın oldu ki, Rusiya Ukrayna taxılının bundan sonra da daşınmasına imkan verməyəcək. Kreml sahibi Afrika ölkələrinə yalnız Rusiya taxılını məsləhət görüb: “Ukrayna 47 milyon ton taxıl ixrac etdiyi halda Rusiyanın taxıl ixracı gücü 60 milyon tondur. Dünya taxıl bazarının 20 faizi Rusiyaya aiddir”. Putin bu rəqəmləri səsləndirməklə demək istəyib ki, guya Rusiya Afrika ölkələrini ac qoymayacaq, hətta lazım gələrsə, “taxıla və onun Afrika ölkələrinə çatdırılmasına görə pul da istəməyəcək”. Putinin sonuncu cümləsi tədbirə dəvət edilən Afrika ölkələrinin liderlərinə pis təsir edib. Onlar çıxışlarında pulsuz taxıl istəmədiklərini, sadəcə Ukrayna taxılının da ixracına şərait yaradılması vacibliyini bildirdilər. Sankt-Peterburq toplantısında iştirak edən Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa daha sərt cümlə işlədib: “Biz buraya hədiyyələr istəməyə gəlməmişik”. Bununla “Rusiya-Afrika” sammiti nəticəsiz qalıb.
 
 
Rusiyanın “taxıl sazişindən” imtinası strateji tərəfdaşı olan Çinin də maraqlarına mənfi təsir edib. Çünki Çin Ukrayna taxılını alan ölkələrdən idi. Çin ucuz qiymətə Ukraynadan milyonlarla ton taxıl idxal edirdi. Rusiya Ukrayna limanlarını bombalayarkən, Çin üçün nəzərdə tutulmuş taxın anbarına da zərbə vurub. Bu səbəbdən Çinin yenidən xarici işlər naziri təyin olunan Van Yi ilk xarici səfərini Türkiyəyə edib. Onun Ankarada müzakirə etdiyi mövzular içərisində “taxıl sazişi” də olub. Türkiyə və Çin mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Ankara və Pekin Kremli ittiham etmək istəmirlər, ancaq Rusiyanın “taxıl sazişinə” qayıtması üçün diplomatik fəallqılarını artırmağı qərar veriblər. Ankara ilə Pekinin birgə fəallığı Türkiyədəki siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Türkiyədəki siyasi qüvvələr əvvəlkitək Çinin uyğurlara qarşı zülmünü tənqid edirlər. Buna baxmayaraq, “taxıl” mövzusu iki dövlətin maraqlarını yaxınlaşdırıb.
 
 
Rusiya öz taxılının müxtəlif ölkələrə çatdırılmasının alternativ yolları barədə düşünür. Bunlardan biri Volqa çayı və Xəzər dənizi üzərindən taxılın İrana çatdırılması, oradan isə Bəndər Abbas limanından məhsulun müxtəlif ölkələrə, o cümlədən Çinə çatdırılmasıdır. Bu planın reallaşması problematikdir. İranın özündə yol infrastrukturu böyük həcmdə Rusiya taxılının daşınmasına imkan vermir. Digər tərəfdən Çin Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qursa da, taxılı Ukraynadan almaq istəyir.
 
Günay
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI