Laçın, Füzuli və Zəngilana köçürüləcək ailələrin tibbi müayinələri aparılıb

16:41 09-08-2023 | icon 337 | Qarabağ
Laçın, Füzuli və Zəngilana köçürüləcək ailələrin tibbi müayinələri aparılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub.

 

Ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub. Biokimyəvi laboratoriya analizləri, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.

 

Müayinələr TƏBİB-in tabeliyindəki Bərdə, Göyçay, Qax, Tərtər, Xaçmaz, Yevlax, Şirvan, Mingəçevir, Sumqayıt, Abşeron, Lökbatan, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Xətai üzrə müvafiq tibb müəssisələrində, eləcə də Yeni Klinikada təşkil edilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu müayinələrin əsas məqsədi işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...