"Bunların nazıyla deyəsən çox oynadıq"

21:15 16-08-2023 | icon 185 | Siyasət
"Bunların nazıyla deyəsən çox oynadıq"

Hafiz Hacıyev: "Onların nazıyla oynadıqca, elə bilirlər istədiklərini edə bilərlər"

 

“Biz bunu dəfələrlə demişik və yenə o məsələyə qayıdaq. Qarabağda işğaldan azad etdiyimiz torpaqlarımızı ətrafımızda və içimizdə olan müəyyən qüvvələr çalışırlar ki, yenidən ermənilərə qaytarsınlar. Biz Qarabağda qələbə qazandıqdan sonra Ermənistan bizə yalvarırdı, amma aradan ötən üç illik bir fasilədən sonra onlar deyəsən özlərinə gəliblər. Ermənistana bir çox dövlətlər silah verirlər, dəstək olurlar, bir sözlə əllərindən gələni edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

H.Hacıyev Rusiya sülhməramlılarının ərazilərimizi öz nəzarətində saxlamaq istədiyini deyib:

 

“Qarabağa sülhməramlı adıyla gələn işğalçı rus ordusu Qarabağı öz təsiri altında saxlamaq istəyir. Hətta belə məlumat var ki, Xankəndidə və digər ərazilərdə yaşayan ermənilərə rus pasprotu verib, gələcəkdə Xankəndini Rusiyanın bir vilayəti kimi təqdim etsinlər. Ona görə ermənilərin Xocalıda və digər ərazilərimizdə soyqırım törədən rəhbərlikləri çalışırlar ki, həm İrəvanda, həm də Xankəndidə vəziyyəti gərginləşdirsinlər. Düşünürəm ki, çox ciddi şəkildə tədbir görülməlidir. Biz bunların nazıyla deyəsən çox oynadıq və bunlar da biz onların nazıyla oynadıqca, elə bilirlər istədiklərini edə bilərlər. Ərazi, torpaq bizimdir, heç kimin ixtiyarı yoxdur ərazilərimizdə “at oynatsın”".

 

H.Hacıyev hesab edir ki, Azərbaycan antiterror əməliyyatlarına başlamalıdır:

 

"Xankəndində bayrağımız dalğalanmalıdır və orda bizim səlahiyyətli nümayəndəmiz olmalıdır. Biz Xankəndidə görüş keçirməliyik. Cənab Prezidentin dediyi kimi, orda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bizim vətəndaşlarımız isə qanunlarımıza tabe olub bizim pasportu daşımalıdırlar. Orda da bizim valyutamız dövriyyəyə buraxılmalıdır”. /Adalet.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da