Ermənistanın müharibə hazırlığı və onu gözləyən AQİBƏT

09:14 17-08-2023 | icon 205 | Geopolitika
Ermənistanın müharibə hazırlığı və onu gözləyən AQİBƏT

"Müdafiə etmək üçün canfəşanlıq göstərmək bölgədə sülhə çalışmaq deyil"

 

Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymur. Üstəlik, Azərbaycan ərazisində yaşayan ermənilərin “humanitar fəlakət”lə üzləşməsi ilə bağlı mənasız absurd TIR şousunu BMT səviyyəsinə çıxartmaq üçün ciddi cəhdlə çabalayır.

 

Ermənistanın bu gün Azərbayanla sərhəddə qoşun yıgması, eləcə də Qarabağda qalan qeyri-qanunu erməni silahlı birləşmələrin sülhmıramlıların nəzarətində olan ərazilərdə yeni istehkamlar qurub, hərbi hazırlıqlar keçirməsi, BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyasına çevirmsi, Üçtərəfli Bəyanatının 4-cü bəndində məhəl qoymaması Azərbaycana qarşı hansı niyyətlərini ortaya qoyur?

 

 

Politoloq, professor Qabil Hüseynli bildirib ki, BMT zəif hörmətdən düşmüş bir təşkilatdır.

 

Onun sözlərinə görə, çoxları artıq bu təşkilatın mövcudluğunu istəmir, onun reforma edilib yenidən qurulmasını tələb edirlər. Çünki burada təmsil olunan 5 ölkə BMT-də qərarların qəbul edilməsini inhisara alıb və özərinin siyasi maraqlarını həyata keçirmək üçün bu təşkilatdan sui-istifadə edirlər. Politoloq BMT-də təmsil olan Fransanın son zamanlar Ermənistanın xeyrinə müxtəlif qərarların qəbul edilməsi üçün çox böyük mübrizə sərf etdiyini qeyd edib:

 

“Fransa indi də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin guya humanitar böhran içərisində olduğunu, guya Azərbaycanın etnik təmizləmə həyata keçirməyə hazırlaşdığını və bölgəyə göndərilən humanitar yardım karvanlarının qərəzli surətdə dayandırılmasından danışır. Lakin  bu ərazilər Azərbaycanın suveren əraziləridirsə, suveren hüquqlarımız bütün dünya üzrə, beynəlxalq təşkilatlar,  eləcə də Ermənistan tərəfindən tanınıbsa burada müzakirə ediləcək heç bir məsələ qalmır. Hər kəs bir daha anlamalıdır ki, Ermənistan tərəfi sərhəddə humanitar yüklərin yığılması ilə bağlı beynəlxalq hüquqa uyğun gələn prosedur qaydalara əməl etmir. Ermənistan xəbərdarlıq etmədən, birdən-birə Laçın buraxılış məntəqəsinin qarşısına 21 yük TIR-nı yığıb Xankəndinə göndərmək üçün tələblər qoyur. Təbii ki, Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə edərək buna imkan verməmişdir”.

 

Politoloq ermənilərin məsələni BMT səviyyəsinə qaldırımaq, yenə də Ermənistanın xeyrinə müxtəlif təbliğat kampaniyası yaratmaq istəklərini növbəti təxribat adlandırıb. Q.Hüseynli hesab edir ki, burada Fransanın rolunun böyük olduğunu, Rusiyanın isə müəyyən “pas ötürmələrini” gözdən qaçırmaq olmaz:

 

“30 il torpaqlarımızı işğal altında saxlamış, həmin toraqlarda daşı daş üstündə qoymamış və bütövlükdə Azərbaycan xalqına qarşı insani itkilərlə yanaşı 250 milyard dollardan çox maddi ziyan vurmuş Ermənistanın BMT-də müdafiəsinə qalxmaq, onu müdafiə etmək üçün canfəşanlıq göstərmək bölgədə sülhə çalışmaq deyil. Əksinə, bundan sonra bölgədə daha çox qarşdurma əhval-ruhiyəsi yüksələcək, nəticə etibarilə sülhyaratma prosesi dayandırılmaqla bərabər münasibətlərin isti müharibəyə çevrilmə ehtimalı da çoxalacaqdır. Ümid edirəm ki, BMT-də ağıllı başların düzgün qərar verilməsinə çalışacaqlar”.

 

 

 

Benəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, Ermənistanın sərhəddə qoşun yığması və digər addmları onların ərazi iddialarından geri çəkilmədiyini göstərir:

 

“Ermənilərin bütün addımları ilk növbədə vəziyyəti gərginləşdirmək danışıqlar prosesini uzatmaq, indiki mərhələdə sülh müqaviləsinin imzalanmasını ləngitməkdir. Ermənistan hər hansı formada sülhə hazır deyil. Ermənistan üçtərəfli sənədin 4-cü bəndinə uyğun olaraq  Qarabağdan öz silahlı qüvvələrini  çıxartmır, revanşist siyasətini davam etdirir. Eyni zamanda Azərbaycanı Qarabağda yaşayan erməniləri blokadaya almaqda ittiham edərək, BMT TŞ-a, beynəlxalq məhkəmələrə müraciət edir, beynəlxalq media orqanlarına  əks təbliğat aparır”.

 

M.Məmmədli qeyd edib ki, ermənilər bilir ki, indiki mərhələdə sülh müqaviləsi imzalanarsa həmin sənəd Ermənistanın ərazi iddialarını ürəklərində qoyacaq. O, eyni zamanda II Qarabağ müharibəsindən sonra Azərbaycanın qalib dövlət olduğunu, regionda status-kvonun dəyişdiyini önə çəkib:

 

“Dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsi ölkəmizə müəyyən fürsətlər verir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq öz milli maraqlarına uyğun olaraq danışıqlar prosesini tamamlasın. Ona görə də Azərbaycan istənilən təxribata cavab verəcək. Çünki biz danışıqların daha 27 ildə  də uzanmasını istəmirik. Azərbaycan bölgədə davamlı sülhün əldə olunmasında maraqlıdır. Bunun üçün də siyasi, hərbi, diplomatik bütün addımlar atılacaq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI