Ermənistanın Azərbaycana qarşı "Moreno hücumu"

10:06 17-08-2023 | icon 215 | Siyasət
Ermənistanın Azərbaycana qarşı "Moreno hücumu"

 "Morenonun hesabatı bütövlükdə Azərbaycana qarşı hazırlanmış məkirli planın bir hissəsidir"

 

Ermənistanın və havadarlarının Azərbaycana qarşı revanşist, təxribatçı hücumları səngimir. Bu dəfə də ermənilərin yalançı iddiaları, sərsəm, həyasız çıxışlarla  üz-üzəyik. Bu dəfə erməni yalanları argentinalı, ixtisasca hüquqşünas  Moreno Okamponın Azərbaycana qarşı “2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı saxta və sifarişli hesabatında dünyanın ən nüfuzlu nəşrlərində çap olunub.

 

Okamponu Azərbaycana qarşı danışdıran səbəb, məqsəd nədir və necə edilməlidir ki, bu cür yalanları uyduran dələduzlar sussun...

 

Versus.az siyasilərin məsələ ilə bağlı rəyini təqdim edir:

 

 

"Bütün bunların kökündə Ermənistanın sülh istəməmək niyyəti durur"

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ermənilərlə eyni katiqoriyada olduqları üçün müxtəlif "ekspertlər" ermənilərlə yaxşı dil tapmağı bacarırlar, ya da ermənilər onlarla dil tapa bilir:

 

"Bu artıq uzun illərin sınağından çıxmış bir təcrübədir. Erməni lobbisi ayrı-ayrı sahələr üzrə özünü ixtisaslaşmış mütəxəsis kimi təqdim edən fırıldaqçılardan, siyasi manipulyatorlardan öz məqsədləri üçün yaxşı istifadə etməyi bacarır. Hazırkı mərhələdə Ermənistan sülh istəmədiyinə görə regionda sülhün əldə olunmasını mümkün qədər uzatmaqla Azərbaycan üzərində bir beynəlxalq təzyiq yaratmağa çalışır. Bunun üçün də müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən həmin o müxtəlif "ekspertlərə" müraciət etməklə beynəlxalq ictimai rəydə Azərbaycanın əleyhinə rəy formalaşdırır. Bütün bunların kökündə Ermənistanın sülh istəməmək niyyəti durur".

 

H.Babaoğlu son günlər Ermənistanın yeni silahlar əldə etməsinin, yeni siyasi hamilər tapmağa cəhd göstərməsinə diqqət çəkib:

 

“Ermənistan bir tərəfdən sülh danışıqlarını imitasiya edərək, başqa bir tərəfdən də müharibəyə hazırlaşır. Bu çox təhlükəli bir ssenaridir. Hazırkı mərhələdə ermənilər guya ki, insan hüquqları üzrə ixtisaslaşmış ekspert olan Luis Moreno da çirkin niyyətlərinə alət etməyə cəhd göstərirlər. Əslində bütün bunların altında yatan məqsəd sülh danışıqları prosesini imitasiya edib, yeni müharibəyə hazırlaşmaq və Azərbaycana qarşı yeni bir revanş müharibəsi başlatmaqdır. Ancaq unudurlar ki, Azərbaycan buna yol vermiyəcək və belə əlamətlər hiss edər-etməz qətiyyətli tədbirlər görəcəkdir".

 

 

 

Milli Məclisin deputatı Elşad Mirbəşir Luis Moreno Okamponın hazırladığı hesabatı Ermənistanın Azərbaycana qarşı apardığı sistemli təxribatların bir kompanenti adlandırıb.

 

Deputat Morenonun aşkar şantaj və qərəzli hesabatından öncə də, erməni baş naziri Paşinyanın "Azərbaycanın ərazisində yaşayan ermənilərə  qarşı soyqırımı törədilir” -deyə, səslndirdiyi cəfəngiyyatları təsadüfi saymayıb:

 

“İşğal, soyqırımlar törədən, ayrı-ayrı xalqlara qarşı qanlı cinayətlər törədən Ermənistanın bu gün Azərbaycanı  soyqırıma cəhddə ittiham etməsi, sözün əsl mənasında bütün əxlaq və mənəviyyat normalarını aşır”. 

 

E.Mirbəşir Ermənistanın apardığı bu mənfur siyasətin Avropadan, ABŞ-dan açıq şəkildə dəstəklənməsini təəssüflə qeyd edib:

 

“Ermənistan Laçın yolu ətrafında siyasi şou düzəltməkdədir və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəldərək qərəzli siyasi mövqenin formalaşmasına çalışır. Ermənistan tək deyil, onun arxasında Avropanın, ABŞ-ın bəlli siyasi dairələri dayanmaqdadır. Bir tərəfdən danışıqlara ev sahibliyi edir, digər tərəfdən regionda gərginliyin daha da dərinləşmsini şərtləndirəcək addımlar atırlar. Unutmamalıyıq ki, Avropa İttifaqının aparıcı ölkəsi elə Fransadır. Necə ola bilər ki, Avropa İttifaqı öz mövqeyini, Fransanın mövqeyidən təcrid olunmuş şəkildə təqdim edir. Yəni bu riyakarlıqdır.  Burada görünən reallıq ondan ibarətdir ki, əslində Avropa İttifaqı öz taktikasını Fransa, İspaniya və digər  Avropa ölkələrinin vasitəsi ilə həyata  keçirməkdədir.  Yəni, ümumilikdə Avropa İttifaqı guya Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması üçün Brüssel platformasını təqdim edir və başqa üzvləri vasitəsi ilə prosesi əngəlləyəcək bütün addımları atır. Qərb keçmiş münaqişə vəziyyətində də oxşar ssenari üzrə davranırdı. Görüşlər keçirdilir, müzakirələr aparılır, digər tərəfdən də ayrı-ayrı siyasi dairələrin Azərbaycana qarşı açıq qərəzi müşahidə edilirdi. Bu gün də bunu müşahidə etməkdəyik. Luis Morenonun hesabatı və bu hesabatın nüfuzlu nəşrlərdə yayılması aydın göstərir ki, bu, heç də bir şəxsin təşəbbüsü deyil. Bunun arxasında Avropanın, ABŞ-ın siyasi dairələrinin dayandığı, erməni təxribatlarının bir kompanenti olduğu görünür. Cozef Borelin Ağdam Xankəndi yolunun Laçın Xankəndi yoluna alternativ olmadıını deməsi də, əslində Avropanın mövqeyini tam çılpağlığı ilə ortaya qoymuş olur. Ermənistan da bundan həvəslənrək Azərbaycana qarşı təxribatlarını genişləndirir, bütün normaları aşır. Bu baxımdan hesab edirəm ki, Morenonun hesabatı bütövlükdə  Azərbaycana qarşı hazırlanmış məkirli planın br hisəsidir. Br tərəfdən Laçın yolunun girişində Ermənistnın yük maşınları, digər bir tərəfdən Xankəndidə təşkil olunmuş aksiyalar, başqa bir tərəfdə isə bu cür hesbatlar, Avropa İttifaqı missiayasının Ermənistana aşkar dəstəyi deyilənləri sübut edir”.

 

E.Mirbşir hesab edir ki, burada məqsəd Azərbaycanın formalaşdırmış olduğu reallıqları Ermənistanın xeyrinə dəyişməkdən ibarətdir. Onun fikrincə, Azərbaycan-Ermənistan münasibətləri normallaşdırılarkən “Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti” məsələsinin açıq qalması, gələcəkdə Avropaya, ABŞ-a regiona daxil olmaq imkanı verəcək:

 

“Avropa, ABŞ öz davranışları ilə nümayiş etdirirlər ki, Rusiya ilə  münasibətlərini, həm də Cənub Qafqaz regionunda aydınlaşdırsınlar.  Avropanın ABŞ-ın fəallığının məqsədi Cənubi Qafqaz regionunda özlərinin geosiyasi ambissiyaalrını həyata keçirməkdən ibarətdir ki, bu da regiona yaxşı heç nə vəd etmir. Moronenın saxta hesabatları da reallıqları təhrif etməklə beynılxalq ictimiyyəti Azərbaycana qarşı köklməkdən ibarətdir”.

 

Deputat bütün bu cəhdlərin elə başlanğıcdan fiaskoya uğradığını deyib:

 

“Azərbaycan hərbi, siyasi, iqtisadi cəhətdən güclü dövlətdir və öz mövqelərini inamla müdafiə etmək iqtidarındadır. Eləcə də Azərbaycan torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqaz regionunda yeni geosiyasi, siyasi konfiqurasiyanı formalaşdırıb”.

 

 

“Səfərbər olub, erməni yalanını ifşa etməliyik”

 

Politoloq Rəşad Bayramov bildirib ki, 2023-cü ildə ermənilərə qarşı soyqırımı" adlı saxta və sifarişli hesabatının müəllifi Luis Moreno Okampo beynəlxalq hüquq üzrə dələduz kimi tanınır:

 

“Moreno 1952-ci ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. İxtisasca hüquqşünas olan Moreno 2003-cü ildən 2012-ci ilin 5 iyun tarixinə qədər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutub. Əslində argentinalı olması onun hazırladığı saxta hesabata işıq tutur. Argentinanın dövlət səviyyəsində Ermənistanı dəstəkləməsi heç kəsə sirr deyil və Okampo da dövlətinin siyasətinə sadiq qalıb.

Okamponun keçmişində çoxlu sayda qaranlıq səhifələr var. Hələ 2017-ci ildə Almaniyanın nüfuzlu “Spiegel” nəşri Okamponun fəaliyyəti ilə bağlı yayımladığı məqalədə onun prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Britaniya Virciniya adalarında müxtəlif şirkətlərə rəhbərlik etdiyini və bunu bəyan etmədiyini faktlarla ortaya qoymuşdu. Okamponun məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşdığı da sübut olunmuşdu. Bu siyahıda məşhur aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın da adı var.

Daha sonra Fransanın Mediapart araşdırma saytı da Okampo haqqında araşdırma apararaq sənədlərlə sübut etmişdi ki, Panamadakı “Tain Bay” korporasiyasının arxasında da Okampo və həyat yoldaşı dayanır. “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil. Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında da bir şirkətin sahibidir. Onun həyat yoldaşı isə Belizdəki “Lucia Enterprises” şirkətinin sahibidir. Uruqvayda qeydiyyatdan keçmiş “Transparent Markets” şirkəti də onlara məxsusdur. Sənədlərə görə, Okampo ofşor şirkətlərinin gizli qalmasına böyük əhəmiyyət verir. Çünki belə olduqda bank hesablarına axan pulların mənbəyini gizli saxlamaq olur”.

 

Politoloq Okomponun qaranlıq fəaliyyəti haqqında  məlumatları önə çəkməklə onun əsl mahiyyətini açığa çıxardıb. O, hesab edir ki, pul naminə hətta gizli məlumatları belə satmış biri olan Okampo indi də məhz pul naminə bu cür ağlasığmaz və gülünc iddilarla çıxış edir. Onun bu bəyanatı hazırlamaq üçün ayrı-ayrı erməni diaspor təşkilatlarından külli miqdarda maliyyə aldığı şübhəsizdir:

 

"“Qarabağın “blokadası” BMT-nin Soyqırım Konvensiyasının 2-ci maddəsinə əsasən soyqırım hesab edilməlidir” deyən,  ABŞ, Rusiya və Aİ-ni sülh danışıqlarında Azərbaycana təzyiq göstərməyə və məsələni Beynəlxalq Cinayət Məhkəməsinə vermək üçün Təhlükəsizlik Şurasına çıxarmağa çağıran bu adam əslində özü də bununla beynəlxaql hüquqa hörmətsizlik etdiyini yaxşı dərk edir. Moreni bilməmiş deyil ki, beynəlxalq hüquqa görə, Qarabağ iqtisadi rayonu Azərbaycanın ərazisi sayılır və buradakı separatçı rejim qeyri-qanuni fəaliyyət göstərir. Amma bank hesabına axan pullara qarşılıq götürdüyü öhdəliklər onu bu cür cəfəng hesabatlarla çıxış etməyə məcbur edir”.

 

Ekspert hesab edir ki, əslində narahatlıq doğuran məsələ Morenonun hesabatı yox, bu hesabat ətrafında tirajlanan informasiyalardır. Yəni başqa sözlə, əsas problem ondadır ki, karyerası ərzində qalmaqallarla yadda qalmış Luis Morenonun hazırladığı saxta sənəd dünyanın nüfuzlu nəşrlərində tirajlanır və bununla da beynəlxaq ictimai rəy bizə qarşı köklənmiş olur:

 

"Məsələn, "Vaşinqton post" Morenonun hesabatına geniş yer verərək "soyqırımın həyata keçirildiyini güman etmək üçün ciddi əsaslar var" deyə "həyəcan təbili" çalır. Qəzetin “təcili kəskin dəyişikliklər edilməsə, bu erməni qrupu yaxın həftələrdə məhv ediləcək" kimi fikirlərin yer aldığı məqaləsində Ermənistanın Laçın - Xankəndi yolunun üzərində qurduğumuz Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsinə yaxın zonada hazırladığı "tır şousu"na da geniş şəkildə yer verilib. Ermənilərin “tır şousu”, Aİ səfirlərinin bu şounun tərkib hissəsi olaraq sərhədə gəlməsi, ayrı-ayrı beynəlxalq təşkilatların, bir qism dövlətlərin Azərbaycan əleyhinə bəyanatları, Moreno və onun kimilərin “hesabatları” onu deməyə əsas verir ki, ölkəmizlə bağlı geniş miqyaslı qaralama kampaniyasına start verilib. Odur ki, məsələyə daha ciddi şəkildə yanaşmaq lazım olduğu qənaətindəyəm. Tarixi siyasət institutlarımız, diaspor təşkilatlarımız, səfirliklərimiz, media qurumlarımız, beynəlxalq təşkilatlarla əlaqəsi olan siyasi partiya və QHT-lər - hamı səfərbər olmalıdır. Əl-ələ verib erməni yalanının ifşa olunmsı üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da