Qənirə xanımla bağlı dəqiqləşdirilməmiş informasiya YAYMAYIN!

11:07 26-09-2023 | icon 266 | Cəmiyyət
Qənirə xanımla bağlı dəqiqləşdirilməmiş informasiya YAYMAYIN!

"İnşallah ki, tezliklə sevindirici xəbəri yayarsınız”

 

“Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

 

O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur:

 

“Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımi tədbirləri görürlər. Hər kəsdən xahiş edirəm ki, qeyri-rəsmi, dəqiqləşdirilməmiş informasiyaları yaymayın. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”.

 

Xatırladaq ki, sentyabrın 23-ü saat 3 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm c.süt., nəbz 1 dəqiqədə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

 

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüblər. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək