Türk Dil Qurumunun yaranması müzakirə olundu

11:52 26-10-2023 | icon 270 | Cəmiyyət
Türk Dil Qurumunun yaranması müzakirə olundu

  Versus.az xəbər verir ki, oktyabrın 19-da Bakı Avrasiya Universitetində sözügedən tədris müəssisəsinin “Azərbaycan və dünya ədəbiyyatı” və “Nəzəri dilçilik və türk dilləri” kafedralarının birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “TÜRKİYƏ CÜMHURİYYƏTİ VƏ AZƏRBAYCAN FİLOLOGİYASI” adlı Respublika Konfransı keçirilib.

 

Açılış tədbirində BAAU-nun rektoru, prof. Nazim Hüseynli, Niğde Ömer Halisdemir Universitetinin rektoru, prof. Hasan Uslu, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç, BAAU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dos. Nigar Hüseynova, Elmi işlər üzrə prorektor, siyasi elmlər üzrə elmlər doktoru, prof. Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, prof. Firudin Cəlilov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, BAAU-nun “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, prof. Elmira Məmmədova-Kekeç, “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dos. Zəminə Rüstəmbəyli iştirak ediblər və qonaqları salamlayaraq tədbirin işinə uğurlar diləyiblər.

 

 

Altı bölmədən ibarət olan tədbirdə Türkiyədə filoloji fikrin yeni inkişaf mərhələlərinin tədqiq olunması, Cümhuriyyət dövründə qələmə alınmış əsərlərin təhlil edilməsi, həmin dövrdə Azərbaycandan mühacirətə getmiş görkəmli ədiblərimizin yaradıcılığına yenidən nəzər salınması, Türk Dil Qurumunun yaranması, türk dilinin sadələşdirilməsində M.K.Atatürkün xidmətləri, türk dillərinin tədqiqi və tədrisi problemlərinin öyrənilməsi və digər aktual mövzular diqqət mərkəzində olmuşdur.   

 

 Günay

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da