Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılmasına BAXILACAQ

11:44 15-11-2023 | icon 384 | Gündəm
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılmasına BAXILACAQ

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.

 

Versus.Az xəbər verir ki, layihəyə əsasən, Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti 2023-cü il noyabrın 17-dən etibarən daha bir il uzadılır.

 

Qanun layihəsini parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərib.

 

Layihədə Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.

 

Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.

 

Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir:

 

“Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.

 

Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti rəsmi Ankaranın regionda konstruktiv rolunun tələbidir.

 

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

 

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 fevraldan sonra nələr baş verəcək?

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq